Elm belə deyir, qadınlar belə - YUMOR
21 Dekabr 2012 15:39 YumorAkademiyanın Fizika institutu. Professor, elmlər doktoru "Qiyamət günü" ilə bağlı toplantıda çıxış edir: "Hamısı uydurmadır. İnanmaq lazım deyil. Mətbuat, televiziya gərək belə məlumatlar yazmasın...Bir fizik kimi tam məsuliyyətimlə deyirəm: Qiyamət-zad olan deyil. Yaxın 50 ildə belə kosmik kataklizm gözlənilımir". İclas qurtarır, professor elmlər namizədi həmkarı ilə evə gəlir. Həmkarı professoru tərifləyir, yaxşı çıxış etdiyini deyir. Professor:
- Sən evə gedirsən? Mən marketə girəcəm, arvad tapşırıb ki, şam, bir də konserv alım.
Həmkarı təəccüblə:
- Neynirsiz ki? Bəs demədiz, qiyamət-zad olmayacaq..
- Qəribə adamsan e. Elm deyir ki, olmayacaq. Amma arvadlar elə demir axı. Dünən, arvad bir məclisdə olub, orda deyiblər ki, ehtiyat yığmaq laızmdır. Sən bilmirsən, bizim qadınların dediyi düz çıxır?
Təqdimat
Türkiyədən Tərəqqi Partiyasının lideri Çingiz Dəmiroğluna cinayət aləminin məşhur isimlərindən biri qonaq gəlir. Çingiz qonağı qarşılamaq üçün Surət Hüseynovu da dəvət edir. Qonağın heybətli görünüşü, qalın bığları dostların canına üşütmə salır. Qonaq özünü təqdim edir:
- Çakır Yavuz Kəsər!
Çingiz qorxudan ağaran Surətə sarı çevrilib deyir:
- Mən də Çingiz Doğrayar, bu da Surət Qorxudan Əsər.
Qələmi itirmə
İqbal Ağazadə universitetdə dərs deyir. Tələbələrindən birinin yazmadığını görən İqbal deyir:
- Niyə yazmırsan?
- Qələmi itirmişəm!
İqbal fəlsəfə açır:
- A bala, qələm əsas amildir. Bax:
- Qələmini itirdin-qələm yox!
- Qələm yox-yazı yox!
- Yazı yox-təhsil yox!
- Təhsil yox-diplom yox!
- Diplom yox-iş yox!
- İş yox, pul yox!
- Pul yox-yemək yox!
- Yemək yox-bədən yox!
- Bədən yox-qəşənglik yox!
- Qəşənglik yox-sevgi yox!
- Sevgi yox-evlilik yox!
- Evlilik yox-uşaq yox!
- Uşaq yox-yalnızlıq!
- Yalnızlıq-depresyiya!
- Depressiya-xəstəlik!
- Xəstəlik-ölüm!
Nəticə: qələmi itirmə, yoxsa həyatını itirərsən!...
"Valideynləri əl çəkmir ki evlən!!
Çin Xalq Respublikası. Azərbaycanlıların işlətdiyi mağaza. 76 yaşlı bir uyğur mağazaya gəlir:
- Mənə 2 ədəd kostyum ver.
- Neynirsən? Özü də ikisi də eynisindən...
- Birini atama alacam..
Satıcı təəccüblə:
- Atana? Atan durur ki? Neçə yaşı var?
- 100 yaşı var. Babamın toyuna hazırlaşırıq.
-Necə? Babanın? Evlənməyib hələ?
- Babamın 140 yaşı var. Yox evlənməyib. Əslində heç istəmir e, sadəcə, valideynləri əl çəkmir.
"Az qalmışdı inanam"
AXCP Rəyasət Heyətinin üzvlərindən birini Səyavuş Novruzovla nahar edən görən Elman Türkoğlu bunu KXCP-də danışır:
- Nahar edən yerdə gördüm onları. Amma ikisi də birdən qışqırdı ki: "1 aprel zarafatı!"! Sən öl, az qalmışdı inanam.
Facebook lətifələri
1. Erkən evlənib, peşiman olmuş gənc oğlan:
- Gah ağlayıb, gah gülürəm
Paltar yumaq da bilirəm
Ev süpürüb,pol silirəm
Mən niyə evləndim axı.
*** *** ***
İşləri salmır təhərə
Ölsün, çıxmasın səhərə,
Qoymur bir çıxım şəhərə
Mən niyə evləndim axı?
*** *** ***
2. Qadını ən kiçik hədiyyə belə xoşbəxt edə bilər...Məsələn, qızıl, gümüş, maşın açarı, kredit kartı və s. belə "xırda şeylər"
İlk baxışdan vurulmaq
İki cayıl söhbət edir. Oğlanlardan biri:
- İlk baxışdan vurulmağa inanırsan?
- Həri, qaqaş. Bir dəfə metroda bir qıza baxdım, ilk baxışım idi. Sevgilisi nətər qoydusa, 4 metr dala hoppandım. Nədi? İlk baxışdan vurulmaq deyil?
Qısqanclıq nədir?
Gənc artistlərdən biri Müdhət Aydından soruşur:
-Qısqanclıq nədir?
Müdhət müdrik görkəmdə:
- Bala, kişinin qısqanclığı belə təzahür edir: "Bilsəm, öldürəcəm". Qadının qısqanclığı isə belə "Ölsəm də biləcəm!"
"Ay işığında" mahnısına improvizə
-Gecə gəl bizə
Duraq üz-üzə
Mən səni sevdim
Şam işığında!
Avtobusda
Rayondan gəlmiş "borzu" qaqaş özünü qızlara göstərmək üçün avtobus sürücüsünə deyir:
- Uy daa, istidi. Dayı, kondinsioner yoxdu?
Sürücü təmkinlə:
- Qaqaş, kondinsioner yoxdu, amma PAS sistemi quraşdırmışıq.
- Hmm, onda işə sal, sərinləyək.
Sürücü:
- Onu sərnişinlər özü işə salır.
- Necə? PAS nədi e, voopşe?
- PAS-Pəncərəni Aç, Sərinlə!
Bəşəriyyətin ortancıl oğlu
Tanınmış yazar, kommunist Elçin Bayramlı facebook sosial şəbəkəsində mərhum SSRİ diktatoru İosif Stalinin şəklini paylaşıb, yazır:
- Bu gün bəşəriyyətin böyük oğlu Stalinin doğum günüdür!
Millətçi Elçin Hatəmi statusa replika ilə cavab verir:
- Siz bilmirsiz, bəşəriyyətin ortancıl, kiçik oğlu kimdi?
Yanlışlıq
Ötən sayımızda İraqla bağlı yazıda səhvə yol verilib. "İraq rəhbərliyi son vaxtlar Qərbə yaxınlaşır" cümləsi korrektorun xətası üzündən belə verilib: "İraq rəhbərliyi son vaxtlar qəbrə yaxınlaşır".
İlin nominantları
"İynə"nin "Dumbul" Sosial Araşdırma Mərkəzi müxtəlif sahələr üzrə 2012-ci ilin nominantlarını müəyyən edib. Onlardan bir qismini təqdim edirik. Qeyd edək ki, nominantlar 1000 nəfər (çoxu jurnalist, siyasətçi, politoloq və sosioloq olmaqla )arasında keçirilən sorğu nəticəsində müəyyən edilib. Beləliklə:
1.İlin hiti-"Tı kto takoy, davay, dosvidaniya" meyxanası.
2.İlin iti-Müğənni Nadir Qafarzadənin Səməd Səmədovun evinə gəlin köçürməyə hazırlaşdığı it.
3. İlin biti-Robert Köçəryanın əsgər oğlunun kazarmadan evə gətirdiyi bit.
4. İlin Piti (yəni Bred Piti)-Aktyor Anar Heybətov
İlin başqa sahələr üzrə nominantları növbəti nömrəmizdə.