"İynə" - Facebook gülməcələri- YUMOR

Müdrik deyim

Müdrik bir qadın demişdir:

- Evdə ən son sözü kişi deməlidir! Amma bu formada: "Baş üstə, canım, sən deyəndi". 

Atalar sözləri

- Dost like-ndan tanınar.
- Status yazmısan, özün niye like eləyirsən?

  • 100 dəfə dürtmələməkdənsə, 1 dəfə ismarıc yaz...
    - Facebooksuz  həyat, ətirsiz gülə bənzər...
     

"Bir siçanı tutub yeyə bilmədin..."

Aktyor Müdhət Aydın televizora baxır. Uşaq saatı olduğundan hansı kanala çevirirsə "Tom və Cerri" cizgi filmini görür. Müdhət deyinir:

- Eee, sən də ay Tom, 30 ildi ömrümüzü yedin, bir siçanı tutub yeyə bilmədin...

"Gedirdik yolda, yatmışdım rulda"

O dünya. İki sürücü söhbət edir. Onlardan daha yaşlısı:

- Sən nədən öldün, qədeş?

Qaqaş aşa-aşa:

-Saatım solda, həyatım nolda, sevgilim sağda, gedirdik yolda, yatmışdım rulda... İndi bildin?

Cangüdən hələ də liderə sədaqətlidir...

KXP-nin qərargahı. Bəybala Əbil qəzetləri vərəqləyir. Fraksiya üzvü Fikrət Cəfərovun "Müxalifətin lideri bəllidir: bu Əli Kərimlidir!" başlıqlı müsahibəsini oxuyan Bəybala qımışır:

- Hmm, deməli, cangüdən hələ də liderə sədaqətlidir...

 

Yeni əsərlər 

- Dünya şöhrətli yazıçı, erotik yanrda yazan Rafiq Şamiloğlu yeni əsər üzərində işləyir. "İynə"yə sızan məlumata görə, əsər belə adlanır: "Cinayət məhəlləsi".

Facebook xəstələri üçün şeir

Gecə yatmamağımın səbəbi budur
Adam yuxusunu belə unudur,
Suada beynimi yaman qurudur
Mən feyzbuk xəstəsi olmuşam, ana!

Nə kitab bilirəm, nə dəftər-qələm
İtə "at" deyirəm, qarpıza kələm,
Facebook bağlansa, qorxuram öləm

Mən feyzbuk xəstəsi olmuşam, ana!

Status yazıram dəqiqədə on-on
Əlimdən heç zaman düşmür telefon,
Nokia dözmədi aldım mən I-Phone
Mən feyzbuk xəstəsi olmuşam, ana! 

Baş-gözüm ağrıyır axşama kimi
Cağırma loğmanı, təbib həkimi,
Yalnız Mark əmidi bunun həkimi
Mən feyzbuk xəstəsi olmuşam, ana!

"Qoyma ağaclar üşüsün"

Gənc şair Oqtay Hacımusalı qəzetləri vərəqləyir. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin "Kəndimizdə bütün ağacların yerinə üşüyürəm" başlıqlı müsahibəsini oxuyan şairin kefi pozulur:

- Bu adam 1 həftə fikirləşib ki, elə fikir deyim ki, manşetə çıxarsınlar. Şairsən, sənət adamısan ki belə şairanə danışırsan? Mən də deyirəm, niyə arıqlayıram, ətim tökülür... Üşüyürsən, get, kəndini işğaldan azad elə, qoyma ağaclar üşüsün.

 

Kimdə, nə yox?

 

Türk müğənnisi Əmrah:

- Mənim pantalonum yok, annə!

AXCP sədri Əli Kərimli:

- Mənim pasportum yox, ana!

Röya Ayxan:

- Mənim paltarım (əynimdə) yox, ana!

Müğənni Əlikram:

- Mənim səsim yox, ana!

Əhməd Oruc:

- Mənim elektoratım yox , nənə!

Vüqar Bəyturan:

- Mənim partiyam yox, ana!

"Neftçi" futbol klubu:

- Bizim düz-əməlli baş məşqçimiz yox, annə!

İctimai Palata:

- Bizim vahid namizədimiz yox, ana!

 Soğan və tərəzi

Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvü Söyün Sadıxov yeni partiya yaradır. "İynə"yə sızan məlumata görə, yeni partiyanın emblemində oraq-çəkic olmayacaq. Bu barədə deyilənlər düzgün deyil. Söyün qağanın partiyasının emblemində "Soğan və tərəzi" şəkli olacaq.

Azəri olmaq nədir?

Tanınmış aktyor Anar Heybətova Türkiyədən qonaqlar gəlir. Qonaqlardan biri soruşur:

- Azərilər nə ilə seçilirlər?

Anar öncə köks ötürür, sonra başlayır sadalamağa:

- Arkadaş, azəri olmaq:
1. Ev telefonu calanda,yaxınlaşıb bir də çalmağını gözləməkdi.
2. Kitab oxumağa başlayanda "Ön söz"ün üstündən keçməkdi.
3. Çay qaşığı gətirməyin dərdindən, yemək yediyi qaşığı yalayıb mürəbbə yeməkdir.
4. "Boyalıdı toxunma" yazısını görub barmağıynan yoxlamaqdı.
5. Qəzetlərdə istər qadın, istər kişi maneken olanda qələmlə bığ- saqqal çəkməkdi.
6. Xarici mahnıları əzbərdən bilirmiş kimi ağlına gələn kimi oxumaqdı.

7. "Futbol azarkeşiyəm" deyib, iş yoldaşından "axşam oynayan hansı komandadır" deyə soruşmaqdır.

8. Jurnalist olub xaricə səfərə hansı klub aparsa, onu qəzetdə, saytda tərifləməkdir.

9. Özündən kasıba, vəzifəsizə "ə, bilirsən, mən kiməm?" deyə bağırmaqdır.

"Mən də vura bilmədim"

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə qaçqın düşərgəsində həmyerliləri ilə söhbət edir. İqbal müharibədəki şücaətlərindən basıb-bağlayır:

- Deməli,  səngərdəyik. Gördük üstümüzə erməni tankı gəlir. Bir dənə qrantamyot, cəmi dörd dənə də mərmisi var. Uşaqlardan üçü irəli durdu, növbə ilə atdılar. Heç biri dəymədi. Tank da gəlib yaxınlaşır. Uşaqlar yalvarır ki, "İqbal, sən canın, sən at, yoxsa dığa gəlib bizi qıracaq". Deməli, durdum ayağa, qrantamyotu götürüb, nişan aldım...

Bu vaxt İqbalı yaxından tanıyan kəndçilərindən birir içəri girir. İqbal "valı dəyişməyə" məcbur olur:

- Mən də vura bilmədim...

"Etirbarlı" namizəd

Ümid Partiyasının sədr müavini Nəsimi Məmmədli Ağdamda seçki yarışına qatılır. Seçicilərlə görüşə onunla birgə Ənvər Ağazadə də gedir. Ənvər bəy Nəsimini tərifləyir:

- Sədaqət desəz onda, vəfa desəz, o da onda. Olduqca etibarlı adamdı. Ona səs verin.

Bu yerdə Gəray kişinin oğlu İqbal replika atır:

- Ay qardaş, Nəsimini mənə tanıdacaqsan? Sinif yoldaşım olub. Hamımızı öyrədirdi, dərsdən qaçırdıq, özü qayıdıb dərsə gəlirdi, müəllimlərin yanında "yaxşı oğlan" olurdu. Bu adam hamını mitinqə çağırar, özü evə qaçıb gedər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31