"ABŞ rəhbərliyi Arif Hacılı ilə Yaxın Şərqi müzakirə etdi” - YUMOR
7 Dekabr 2012 18:20 Yumor
"Yeni Müsavat" çapa gedərkən redaksiyaya xəbər gəlir: Bəs, Arif Hacılı ABŞ Dövlət Departamentində görüşlər keçirib. Elşad Paşasoy deyir:
- Xəbəri necə verək?
Rauf Arifoğlu qımışır:
- Yazın ki, Amerika rəhbərliyi Ağ Evdə Arif Hacılı ilə Cənubi Qafqazı, Yaxın Şərqi müzakirə etdilər.
Yanlışlıq
Ötən sayımızda ABŞ prezidentinin xanımı Mişel Obama ilə bağlı yazıda səhvə yol verilib. "Mişel Obama dünyanın ən iri yolkasını aldı" cümləsi İrana meylli korrektorun xətası üzündən belə verilib: "Mişel Obama dünyanın ən iri yubkasını aldı".
"Sən bu gedişlə siqaret də çəkərsən"
İrəvan. Bir gün Aşot evə gəlir, arvadı Silvanı yad kişi ilə tutur. Qəzəblənən Aşot deyir:
- Allah sənə lənət eləsin, Silva! Sən bu gedişlə siqaret də çəkərsən...
Facebook lətifələri
1. "Sən getdiyin yolları gedib, qayıtmışam" deyən müəllimə: - Bəs yolda niyə rastlaşmadıq?
2. Bella qapını açıq qoyar Erdvard girər, Fəriha qapını aşıq qoyar Əmir girər, biz qapını açıq qoysaq, ancaq ağcaqanad, milcək girər.
3. Borzu oğlanın facebookda "Range Rover"le çəkdirdiyi şəkilə qızlardan 150 Like gəldiyi halda, dostundan şok şərh gəlir: "Dostu: Qaqaş, moykada vəziyyət necədi?"
Romantik cavab
Aktyor Müdhət Aydının gənc vaxtlarıdır. Bir gün gözətçi dayandığı obyektə sevgilisi zəng edir:
- Sevgilim, hardasan?
Müdhət deyir:
- Özüm işdə, ağlım evdə, ürəyim səndə.
"Yaxşı, bir azdan zəng vuracam"
Nurəddin Mehdixanlının tələbə vaxtlarıdır. Bir gün Nurik sevgilisinə telefon açır:
- Sevgilim, mənimlə evlənərsən?
Qız:
- Yox, tezdi hələ.
Nurik özünü sındırmır:
- Yaxşı, onda bir azdan zəng vuracam.
"85 desən, şansın daha çox olar"
Yaşlı, varlı kişi Elgizin verilişinə çıxır. Verilişdən öncə kişi deyir:
- Elgiz bala, mən qocayam, amma cavan bir qızla evlənmək istəyirəm. Əgər yaşımı 65 yox, 50 desəm, şansım gətirər?
Elgiz irişir:
- Əksinə, 85 desən, şansın daha çox olar. Qız razılıq verər.
"Dərzisi ilə yaşayacam"
İki dost söhbət edir:
- Vasif, eşitmişəm evlənirsən?
- Bəli, Sadiq, evlənirəm.
- Kiminlə?
- Milyonerin qızı ilə tanış oldum. O yalnız paltara on min manat pul xərcləyir.
- İndi onla necə yaçayacaqsan?
- Onunla niyə? Onun dərzisi ilə.
"Məgər bu, azdır"
Balaca Nicat anasına deyir:
-Ana biz nəyə görə ingilis dilini öyrənirik?
-Oğlum, çünki, dünyanın yarıdan çoxu bu dildə bilir.
Nicat təəccüblə:
- Məgər bu, azdır? Bizə nə ehtiyac var?
"Mən də arıqlamaq istəyirəm"
Kök bir hüquq müdafiəçisi bazara gəlir. Dovşanların "kletka"sına yaxınlaşan "pravozaşitnik" satandan soruşur:
- Siz bunlara nə verirsiz ki, bu qədər arıqdırlar?
Satıcı:
- Bu, sizi niyə maraqlandırır ki?
Hüquq müdafiəçisi qımışır:
- Heç, mən də arıqlamaq istəyirəm.
Elmandan müdrik məsləhət
Əlli yaşlı dostu Elman Türkoğluna məsləhət edir:
- Elman, 20 yaşlı qızla evlənmək istəyirəm, nə məsləhətdi?
Elman qanı qaralsa da, özünü o yerə qoymur. Amma çalışır ki, xətrinə dəymədən dostunu bu fikirdən daşındırsın:
- Bax, 10 ildən sonra sənin 60, onun 30 yaşı olacaq.
- Hə, nə olsun?
- Yenə 10 il sonra sənin 70, onun 40 yaşı olacaq.
- Nə olsun ee??
Elman müdrik görkəmdə deyir:
- Bax, o zaman o qoca arvadı neyləyəcəksən?
Başbuğun hesab dərsi
Vüqar Bəyturan balaca oğlundan soruşur:
- Bala, 70 dənə alman olsa, onun 30-nu mən istəsəm, neçəsi qalar?
Oğlu:
-70-i qalar.
Vüqar narazılıqla:
- Elə deyil axı. Mən 30-unu istəmişəm.
Oğlu cəld dillənir:
- İstəmək əsas deyil ki. Gör hələ mən verirəm...
Balayanla müsahibə
Zori Balayan Moskvaya gedir. Tərbirdə özbək jurnalist ondan soruşur:
- Zori müəllim, sizcə, dünyanın ən xain, ən idbar, ən oğru milləti hansıdır?
Zori Balayan qızarsa da özünü o yerə qoymur:
- Zato, biz dünyada ən yaxşı konyak hazırlayan millətik.
"Özünü evinizdəki kimi hiss elə"
Əhməd Oruc Şəkiyə qonaq gedir. Yeyib-içəndən sonra ev sahibi Əhməddən soruşur:
- Bəy, qəhvəyə neçə qaşıq şəkər tökürsüz?
Tut arağından sonra kefi ala buludda olan Əhməd gülərək etiraf edir:
-Evdə 1 qaşıq, amma qonaqlıqda 5 qaşıq.
Ev sahibi cəld dillənir:
-O zaman qardaş, özünü evinizdəki kimi hiss elə. Elə bil evindəsən, rahat ol!
"Az qalmışdı, yıxılam"
İrəvan. İki gəlin söhbət edir:
- Aaz, dünən sənin ərini metroda gördüm.
- Hmm, sonra.
- Sonra nə olacaq day. Başı batmış elə lətifələr danışırdı ki, az qalmışdı çarpayıdan yıxılam.