“Nə qədər ki Çindən Rusiyaya keçməyib…” - YUMOR
30 Noyabr 2012 14:56 YumorRusiyanın paytaxtı Moskva. Kreml. Prezidentin kabineti. Vladimir Putin qəzetləri vərəqləyir. Cənubi Qafqazın ən tirajlı qəzetində "Çin parçalanır" məqaləsini oxuyan Volodya barmağını dişləyir:
- Hmm, mən də deyirəm, Vüqar Bəyturanın sakitliyə çəkilməsinin səbəbi nədir. Sən demə Çini dağıtmaq planı hazırlayırmış. Nə qədər ki Çindən Rusiyaya keçməyib, bu adamı dayandırmaq lazımdır.
Etiraf
Tiflis. Oğlanla qız yaxtada oturublar. Kefləri sazdı, oğlan başlayır etiraflara:
- Əzizim, mən sənə etiraf etmək istəyirəm...Bu günə qədər sənə yalan demişəm. Mən evliyəm, iki oğlum, bir dənə də qızım var.
Qız etinasız halda:
- Pah, mən də elə bilirəm ki, indi deyəcək sənki, yaxta mənim deyil.
Sevginin isbatı
Çoşğun Rəhimov sevdiyi qıza deyir:
-Səni çox sevirəm.
Qız:
-Necə sübut eləyərəsn?...
Coşğun əsəbləşir:
- Aaz mən sənin üçün simdən cinə (Azercelldən Bakcelə) zəng edirəm e! Bu sübut deyil?!
Şairdən yeni yazılar
"İynə"nin ədəbi dərnəyinin fəal üzvü, "Sabir" Yazarlar Evinin üyəsi, gənc şair Ləyaqət Böyüksəhradan yeni duyğusal qeydlər:
- Mağazada paltarlara baxa-baxa gəzərkən arxamca satıcının kölgə kimi gəlməsi qədər məni narahat edən basqa şey yoxdur.
- Supermarketdə heç nə almayıb çıxanda, kassanın yanında özümü nəsə oğurlamış kimi hiss edirəm.
- Ehh, kaş şair oğlu olmayaydım, şair doğulmayaydm. İndi hamı mənə şair oğlu şair deyir.
- Depressyonda idim, dedilər şərab iç, çıxacaqsan. Şəraba qurşandım, bir də gördüm, ədəbiyyatdayam.
"Mən də o yeməyi tez yeyərdim"
Amerikada keçirilən toplantıların birində ABŞ-ın sabiq dövlət katibi Kondaliza Raysla Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin sözü çəpləşir. Rays əsəbi halda:
- Siz mənim ərim olsaydınız, mən sizin yeməyinizə zəhər tökərdim!
Asim söz altda qalmır:
- Siz mənim arvadım olsaydınız, mən tez o yeməyi yeyərdim ki, ölüm canım qurtarsın.
"İçdən gələn" sözlər...
Gənc aşiq sevgilisnə:
- Sənə içimdəkiləri demək istəyirəm, həyatım...
Qız:
- Dinləyirəm, əzizim, de.
Oglan şairanə poza alıb deyir:
- Mədə, bağırsaq, qaraciyər, ürək, dalaq, böyrək...
Avtobusda
Elza Seyidcahan pulsuz vaxtlarında marşrut avtobusuna minir, Bir nəfər içkili cavan oğlan onun ayağını tapdalayır. Elza qəzəblə:
- Ay eşşək, yavaş ol bir az!
Oğlan etiraz edir:
- Bir az mədəni deyə bilməzsiz?
- Yaxşı. Hörmətli eşşək, bir az yavaş ola bilərsiniz?
"Qarşına qoyun çıxmamışdı?"
Ermənistan. Aşotfa Naira evlənirlər. 9 aydan sonra Aşotun qara dərili oğlu olur. Aşot təəccüblə:
- İkimiz də ağıq, bu uşaq nəddən zənci oldu?
Naira hiyləgərliklə:
- Əzizim, mən doğum evinə girəndə qəfildən qarşıma qara pişik çıxdı.
Aşot inanır və onlar evə gəlirlər. Evdə Aşotun atası Levon da maraqlanır.
- Necə oldu axı?
Oğlu gəlinin dediklərini atasında dnışır. Əsəbləşən Levon arvadına:
- Arvad, sən Aşotu doğmağa gedəndə qarşına qoyun çıxmamışdı ki?
"Neçə vaxtdı şir görməmişəm"
2000-ci il. Aqil Abbasın kiçik oğlu atasına yanaşır:
- Ata, məni sirkə apar!
Yeyib-içməkdən yorğun qayıtmış Aqil Abbas uşağı başından edir:
- Getmirəm, başqa vaxt. Yorğunam. Sirki neynirsən e, maraqsızdı.
Uşaq bir neçə dəfə xahiş eləsə də Aqil getmir. Axırda uşaq biclik işlədir:
- Ata, deyirlər ki, Moskva sirkidi, çılpaq qızlar başlarını şirin ağzına salırlar.
Aqil cəld dillənir:
- Yaxşı, hazırlaş, aparım. Neçə vaxtdı şir görməmişəm.
"Ödənişi nənəm edəcək"
"Əli və Nino" mağazasında "Hər müəllif öz kitabını satsın" kampaniyası keçirilir. Qan Turalı yazdığı kitabları satır. Günortaya azalmış bir gözəl qız mağazaya girir, Turala yaxınlaşır:
- Mənə on ədəd "Mustafa", on iki ədəd də "Polis qorxusu ilə öpüşmək" kitabından ver. Amma olar, mən kitabların haqqını öpüşlə ödəyim?
Qan Tural razılaşır:
- Olar, niyə olmur?
Qız kitabları götürür, bu zaman işəri girən qoca qarını göstərib deyir:
- Ödənişi nənəm edəcək. Nənə, yaxınlaş bu cavan oğlana!
"Xoşlamıram belə zarafatları"
Çingiz Dəmiroğlunun Gəncədə işləyən vaxtlarıdır. Bir gün avtobusda gedərkən bir yekəpər piyan Çingizin boynunun ardına bir şapalaq ilişdirir. Çingiz qəfil dönüb geri baxsa da, yekəpərdən çəkinir və qımışaraq deyir:
- Yəqin zarafat edirsiz, hə?
- Xeyr, zarafat-zad elmirəm-deyə,yekəpər dillənir.
Çingiz hiyləgərcəsinə gülümsünür:
- Elə bildim zarafat edirsiz, yoxsa ağır cavab verərdim. Xoşlamıram e, belə zarafatları.
Yanlışlıq
Ötən sayımızda Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə bağlı yazıda səhvə yol verilib. "Nazarbayevlə Liviya diktatoru Müəmmər Qəddafinin nüvə planları varmış" cümləsi korrektorun xətası üzündən belə verilib: "Nazarbayevlə Liviya diktatoru Müəmmər Qəddafinin pivə planları varmış".
Noxud falı
AXCP-Milyarderlər ittifaqından yardım gözləməyin. Söyün Sadıxov havayı pul paylamır. Noxudlar xəbər verir ki, RATİ ilə danışıqlar davam edərsə, Fuad Qəhrəmanlı, Asəf Quliyev partiyanı parçalayacaqlar.
KXCP-Zəmanənin böyük siyasət adamı, dünya şöhrətli analitik, harizmatik lider Fikrət Cəfərovun tələbləri ilə razılaşın, təkliflərini qəbul edin. Noxudlar tövsiyə edir ki, Cənubi Qafqazın ən güclü liderini partiyaya qaytarın. Hakimiyyət olimpinə gedən yolunuzu yalnız Fikrət aça bilər.