Oxucu soruşur - YUMOR

"İynə"nin oxucularından biri, sabirabadlı Nadir kişi soruşur ki, ay mirzə, qəzetlər yazır ki, Nadir Qafarzadə itini Səməd Səmədovun oğluna verir. Deyir ki, qızı telli-duvaqlı ər evinə yollayacam. Bəs ay bala, niyə elə ərin qaynatası danışır. Qaynanası yoxdurmu? Bundan başqa, "bəy"lə "gəlin"in qohum-əqrabası da gələcəkmi? Toyda qudalar rəqsi olacaqmı? Gəlin ər evinə "Vağzalı" havasında, yoxsa it hürüşməsi sədaları altında gedəcək. 

Dilqəm Əhmədin siyahısına düzəliş

İstedadlı gənc dostumuz, yazar Dilqəm Əhmədin 21 dekabrla bağlı yazdığı "Ünlülər bu günlə bağlı nə dedi" siyahısına əlavələrimiz var. Qeyd edək ki, Tibet Laması dekabrın 21-də Yer kürəsinin 5 gün qaranlığa qərq olacağını, 5 gün ərzində heç yerdə işıq, enerji olmayacağını bildirib.

Beləliklə:

21 dekabrda nə olacaq və dünya dağılacaqmı?

İbrahim İbrahimli: -21 dekabrda qaranlıq olsa, Yer kürəsi banan planetə çevriləcək. İt yiyəsini tanımayacaq.

Mirmahmud Mirəlioğlu: -Yer həm qaranlıq olacaq, həm yox. Qaranlıq olacaq ona görə ki, onsuz da hər yer zülmətdi, işıqlı adamlar azdı. Olmayacaq ona görə ki, lama bunu bilə bilməz.

İsa Qəmbər: -Canım başqanlıqdan çıxmaqdan qurtardı. Dilimdən çıxan sözün girovu olmuşdum.

Əli Kərimli:- Mənə pasport verin, heç olmasa qalan günlərdə dünyanı doyunca gəzim.

Arif Hacılı- O günlərdə bircə türmədə olmayasan.

Tural Abbaslı- İcazəsiz aksiya üçün yaxşı fürsətdir. Nə qışqırırsan, qışqır polis görməyəcək.

Vaqif Cavadov-Həmin gün yığmanın oyunu ola. Qaranlıqdan istifadə edib Portuqaliyanın qapısına da top vuraram.

Berti Foqts-Həmin gün oyun salalar. İşıq sönə, gör nə taktikalar qururam...

Söyün Sadıxov: -Sən allah, qaranlıq zad olmasın. Soğanın sezonudu. Sezon qurtarsın, sonra işıqlar sönsün.

Rəqsanə: -Onsuz da məhərrəmlikdi, toy- zad yoxdur. İstəyir lap, 40 gün qaranlıq olsun.

Mollalar: - Elə qaranlıq olsa yaxşıdır. Aydınlıq kim, biz kim?

Qaya Əliyev- Kaş qaranlıq, bir ay tez-biz KXCP-də olanda düşəydi. Fürsətdən istifadə edib, möhürü oğurlayardıq. Biz qovulandan sonra cəhənnəmə olsun. 

 

Harası ağrıyır?

Bir gün Həsrət Rüstəmov işsiz qalır və Sərdar Cəlaloğlunun tanışının aptekinə işə düzəlir. Müştəri gəlir.

- Bağışlayın, sizdə siçovul dərmanı var?

Həsrət təəccüblə soruşur:

- Harası ağrıyır?

"Əqrəbin birini itirmişəm"

Yaşar Türkazərin kasıb vaxtlarıdır. Bir gün əynində nimdaş paltarı, qolunda köhnə saatı olan Yaşardan küçədə biri soruşur:

- Qardaş, saat neçədir?
Yaşar təmkinlə:

- 5 dəqiqə var.
- Neçəyə?
- Bilmirəm. Əqrəbin birini itirmişəm.

"Dəlik-deşik olmuşdu, atdım getdi"

Dəlixanalardan birinin mətbəxi. Aşbaz dəlidən soruşur:

- Sənə bayaq aşsüzən vermişdim. Neylədin onu?

Dəli:
- Zibil qutusuna atdım.
- Nə? Zibilə niyə atdın?
Dəli vecsiz halda?

- Əşşi, dəlik-deşik olmuşdu. Atdım getdi də.

Facebook lətifələri

1. Həkim ölüm hadisəsini qeyd etmək üçün ölmüş adamın üstündən mələfəni qaldıranda görür ki, meyit gülümsəyir.Təəccüblə ölənin qohumlarından soruşur:
- Maraqlıdır. Hadisə necə baş verib ki, mərhum gülümsəmiş halda olub?
Qohumu ağlamsınmış halda:

- Mərhumu ildırım vuranda, elə bilib ki, şəklini çəkirlər.

"İnəyi də elə satdım"

Ermənistan. Spitak keşişinin qızına elçi gəlirlər. Keşiş başlayır qızı tərifləməyə:

  • Yaxşı işgüzardı, gözəldi, sağanda adamı incitmir, qarnında da 3 aylıq balası var...

Bunu eşidən elçilər durub gedirlər. Arvad başlayır keşişi danlamağa:

- Ay üzünü mürdəşir yusun, o nə sözdü deyirsən? Elə qızı kim alar?


Keşişi heç nə olmamış kimi:

- Ay tünbətünün qızı, keçən dəıfəf sənin yanında inəyi elə tərifləyib satmadım?

"Cənnət kimi görünür"

Yaşlı bir müəllim vəfat edir və cəhənnəmə düşür. Cəhənnəmin qapısında dayanan rəis ona yaxınlaşır və deyir:
- Bağışlayın, müəllim,  səhv gəlmisiniz. Siz cənnətə getməlisiniz.
Müəllim etiraz edir:

- Yox, mənə elə burada da yaxşıdır...O xaraba məktəbdən, o cüvəllağı uşaqların əlindən  cəhənnəm də adama cənnət kimi görünür.

Milyonerin vədi

Moskvada yaşayan azərbaycanlı milyarder Söyün Sadıxovun təyyarəsi qəzaya uğrayır. Söyün öz-ozunə Allaha yalvarır:

- Allahım, əgər məni bu qəzadan sağ-salamat çıxarsan, kasıblara ev verəcəm, yetimlərə yardım edib onlara atalıq edərəm...

 Təyyarə qəzadan qurtulur,  milyoner sağ-salamat gəlib çatır. Köməkçisi onun yadına qəza zamanı verdiyi vədi salır. Söyün əsəbi şəkildə:
- Deyəsən, qəzada yaman həyacanlanıb səy-səy sözlər demişəm.

Müdhətin futbol marağı

Bakıda qadınlar arasında futbol üzrə dünya çempionatı gedən günlərdi. Müdhət Aydın hər gün yarışlara baxmağa gedir. Onun bu marağı aktyor dostu Nurəddin Mehdixanlını təəccübləndirir. Nurik soruşur:

- Murik, sən futbolla maraqlanmazdın axı...

Müdhət and-aman edir ki, bu oyuna marağı var. Bir gün Nurəddin Müdhətin qonşusu ilə qarşılaşır. Əhvalatı danışır. Qonşusu deyir:

- Mən bilirəm onun marağı nədir. Futbola canlı baxır ki, birdən braziliyalı qızlar qol vuranda maykalarını çıxararlar.

 

"Tor atacam"

Dəlixanada dəliləri yoxlamaq üçün bir ləyən su qoyurlar. Dəlilərə deyirlər ki, gedin balıq tutun. Hamı vannaya qarmaq atır. Amma biri kənarda durur, qarmaq atmır. Müdir deyir ki, yəqin ağıllanıb. Gedib qıraqda duran dəlidən soruşur:
- Sən niyə qarmaq atmırsan?
Dəli deyir:
- Qoy onlar getsin, mən tor atacam. Qarmaqla nə olacaq, mən çox balıq tutmaq istəyirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31