Müdhət irad tutdu - YUMOR
2 Noyabr 2012 16:47 Yumor"Tom və Cerri" multiplikasiya filminin yaradıcı heyəti azərbaycanlı kino işçiləri ilə görüşürlər. Görüşdən sonra sual-cavab başlanır. Tanınmış aktyor Müdhət Aydın yaradıcı heyətə irad tutur:
- O nədi çəkmisiz? Heç özünüz diqqətlə baxmısız? Kefsiz e... Tomla Cerri küçədə olanda lüt gəzirlər, plyajda isə şortik geyirlər.
Xəstəliyin səbəbi
Müxalifət liderlərindən birinin evi. Liderin oğlu anası ilə danışır:
- Ana, atam yenə xəstələnib? Nə tez-tez xəstələnir?
Ana qımışır:
- Narahat olma, bala, elə bir xəstəliyi yoxdur. Sadəcə, üzv olduğu blok sabah icazəsiz mitinq təyin edib.
Sual belə olacaq
2020-ci ildə testə belə bir sual salınacaq:
- Hansının daha çox əhalisi var?
A) Mail.ru
B) Odnoklassniki.ru
C) Facebook.com
D) Tvitter.com
Roma papası-Mafiya babası
Azərbaycan müğənnisi Elnur Hüseynov türk şarkıçısı Rafet El Romanla söhbət edir. Elnur:
- Mən Roma papası olmağa qərar verdim.
- Necə?
- Oğlum olsa, adını Roma qoyacam.
- Mən də mafiya babası olacam.
- Necə?
- Oğlumun adını Mafiya qoyacam.
Könül sevən
Səyyad Əlizadə deyinir:
- Könül sevən, göyçək olar deyirlər... Amma yalanmış. O gün Könülün sevdiyini gördüm. Eybəcərin biridir, meymuna oxşayır...
"Sən bilirsən, mən bilmirəm!"
Sovet illəri, Çingiz Dəmiroğlunun vaxtlarıdır. Gəncədə ermənilərin də yaşayan zamanlardır. Bir gün Çingiz qonşusu, erməni gədəsi Qriqorla yolla gedirmişlər. Çingiz yerdən qızıl tapır. Erməni bic-bic qımışır:
- Gəl sənə, 50 qəpik verim, o sarı qəpiyi mənə ver.
Çingiz deyir, yaxşı:
- Amma bir şərtlə:
- Dörd dəfə eşşək kimi anqıracaqsan
Erməni razılaşır. Dörd dəfə anqırandan sonra "sarı qəpiyi" istəyir. Çingiz məzə ilə:
- Ay allahın ermənisi, sən eşşəkliyinlə bunun qızıl olduğunu bilirsən, mən bilmirəm?
Yanlışlıq
Ötən saylarımızın birində Ermənistan prezidenti, uşaq qatili Serj Sarkisyanın Rusiyanın xarici işlər naziri. Serdey İvanovla görüşünə dair məlumatda səhvə yol verilib. "Serjik dedi: Ser Gey, mən sizi ədalətli olmağa dəvət edirəm" cümləsi belə oxunmalıdır: "Serjik dedi: Sergey, mən sizi ədalətli olmağa dəvət edirəm". Yanlışlığa görə, üzr diləyirik. Sonra ruspərəstlər elə biləcək ki, İvanova gey deyirik.
"Kaş olaydı..."
Suriya prezidenti Bəşər Əsəd xanımı Əsma ilə söhbət edir. Əsma:
- Necə oldu ki, bu günlərə gəldik. Üsyançılar qapımıza dirənib. Niyə uduzuruq?
Bəşər Əsəd qəmgin halda:
- Allahın altında mənim Sülhəddin Əklbər kimi kəşfiyyat rəhbərim, İxtiyar Şirin kimi prokurorum, Dadaş Rzayev kimi çox demirəm, ikicə generalım olaydı. Mən bilərdim satqın müxalifətə edəcəyimi...
Biologiya dərsində...
Müğənni Abbasın orta məktəbdə oxuyan vaxtlarıdı. Bir gün bilogiya dərsində müəllim soruşur:
- Abbas, canlıları say.
- İt, pişik, inək...
- Ay sağ ol. İndi cansızları say görüm...
Abbas duruxur:
- Ölü it, ölü pişik, ölü inək...
"İndi o prezident idi"
Ermənistan prezidenti Serj Sərkisyan xanımı Svetlana ilə İrəvan restoranlarından birində nahar edir. Restoran müdiri masaya yaxınlaşıb Svetanın əlini öpür, gülümsünür və kefini soruşur. Müdir aralaşandan sonra Serjik qısqanclıqla soruşur:
- Kim idi o?
- Sinif yoldaşımdı. Orta məktəbdə məni sevirdi...
Serjik forslanır:
- Bax, o zaman onunla evlənsəydin, indi uzağı restoran müdirinin arvadı idin?
Sveta söz altda qalmır:
- Xeyr, əzizim. O vaxt onunla evlənsəyim, indi o prezident idi.
Diktatorun məntiqi
İctimai Palatanın üzvü, Zeynəddin kəndinin keçmiş müəllimi İbrahim İbrahimli Suriya diktatoru Bəşər Əsədə telefon açıb nəsihət verir:
- A Bəşər, ay nainsaf, xalq qırılır axı. Niyə hakimiyyətdən getmir, iqtidarı Azad Suriya Ordusuna vermirsən? Nədi, çətin şeydi? İstefa ver, get də.
- Bəşər deyir:
- Ay İbo, gedərəm e. Amma mən bu cür getsəm, bilirsən nə olar?
- Nə olar?
- Ölkə banan respublikasına dönər...
Facebook lətifələri
1. Bir gün bir dəli dəlixananın müdirinə deyir:
- Müdir, mən roman yazmaq istəyirəm, mənə 200 səhifəlik dəftər verin. Müdir razı olur, ona 200 səhifəlik dəftər verir və dəftəri verərkən dəlidən soruşur:
-Yazacağın romanın adı nədir?
Dəli təşəxxüslə:
- "Dəniz kənarında hürən it"
Dəli romanını yazıb müdirə təqdim edir. Müdir dəftəri açıb baxır, görür ki, birinci səhifədən axıra qədər yazılıb: hav, hav, hav, hav...
2. İki quzu söhbət edir:
-Ay Allah, nə şirinsən!...
- Çox sağ ol.
- Böyüyəndə kim olacaqsan?
- Kabab...
Hər şey axır, hər şey dəyişir...
Taleh Şahsuvarlı 2010-cu il aksiyaları barədə:
- Müsavat mübarizənin önündə, İsa Qəmbərin oğlu ağacın dalında.
2012-ci il aksiyaları barədə:
- Turqut Qəmbər aksiyanın önündə, Müsavat AXCP-nin dalında.
"Tanış olaq?"
11-ci sinif. Sevgisi daşa dəymiş oğlan yekəxana qıza yaxınlaşıb deyir:
- Daxili gözəlliyə önəm verən qız, sağlam böyrəklərim, hər şeyi həzm edən təmiz mədəm var. Tanış olaq?
Siyasi tapmacalar
- Qışda Müsavata, yazda Nidaya keçən, payızda bitərəf olan insane kimdir?
- Elnur Astanbəyli.
- İşsiz və kasıb vaxtında Elçini, Anarı, Azər Qaraçənlini söyən, iş tapandan, pul qazanandan sonra tərifləyən?
- Qan Turalı.
- O kimdir ki, partiyasında loyaldır, gənclər arasında radikal?
- Samir Əsədli.