“İynə”

“Real”ın Sadiqov arzusu

"Real" Madrid klubunun ofisi. Klubun prezidenti seleksionerləri danlayır:
- Deyin görüm, siz hara baxırsız?! Gözünüz kordurmu?
- Nə olub axı?
- Necə yəni nə olub? O boyda nəhəng futbolçu Rəşad Sadiqov klubsuzdur, sizin xəbəriniz yoxdur....Təcili şəkildə danışıqlara gedin, Sadiqovu almaq lazımdır.
Baş məşqçi:
- Düz deyir. Bilmirəm onu almağa pulumuz çatacaq, ya yox, amma almasaq da, bu il Avrokuboklarda heç nə edə bilməyəcəyik.

Yanlışlıq

Ötən sayımızda AVİP sədri Əli Əliyevlə bağlı yazıda səhvə yol verilib. "Əli Əliyev jurnalistlərlə söhbətdə dedi: "Mən manatı çox sevirəm"" cümləsi korrektorun xətası üzündən belə verilib: "Əli Əliyev jurnalistlərlə söhbətdə dedi: "Mən mandatı çox sevirəm"".

Tələbə qanunları

Tələbə hər zaman haqlıdır:
Maddə 1: Tələbə "şparqalka" verməz, sadəcə kömək edər.
Maddə 2: Tələbə dərsdən qaçmaz, sadəcə gəzməyə gedər.
Madde 3: Tələbə dərsdə yatmaz, sadəcə dincələr.
Madde 4: Tələbə dərsdə danışmaz, zamanın boş keçməsini istəməz.

Vətən nədir?

Oğlu Rəsul Quliyevdən soruşur:
- Ata, vətən nədir?
Ata:
- Oğlum, vətən elə bir yerdir ki, gənc olanda ordan getmək, qocalanda isə qayıtmaq  istəyirsən.

"Təkbaşına ayaqda qalmanızı istəmədim"

Serj Sərkisyanın  müəllimliyə başladığı ilk gündür. Müəllim sinfə müraciət edir:
- Kim özünü gerizəkalı hiss edirsə ayağa qalxsın...
Sinifdə səssizlik...Nəhayət məktəblilərdən biri ayağa qalxır. Müəlllim təəccüblə:
- Sən özünü gerizəkalı hiss edirsən?
Şagird bic-bic gülür:
- Xeyr, amma sizin təkbaşına ayaqda qalmanızı istəmədim.

"Kefim nə vaxt istəsə..."

Müsavatın Ağstafa təşkilatının sədri Ayvazalı Orucun əsgərlikdən təzəcə gəlmiş pəzəvəng  qonşusu onu bezdiribmiş. Bir dəfə mübahisə zamanı qonşu Ayvazalını camaat içində pərt eləmək üçün deyir:
- Bunun canına-cüssəsinə baxın hələ. Mərc gələk, əvvəl üç sillə sən mənə vur, sonra da bir sillə mən sənə vurum. Görək kim nə hala düşür.
Ayvazalı sevincək:
- Mən razı. Ancaq bu camaatın içində and iç ki, mən üç silləni vurub qurtarmayınca sən mənə əl qaldırmayacaqsan.
Pəzəvəng and verir. Bundan sonra Ayvazalı pəzəvəngə ürəkdən iki sillə vurub qırağa çəkilir.
Pəzəvəng hövsələsiz soruşur:
- Bəs üçüncüsü?
Ayvazalı qımışır:
- Üçüncü şilləni kefim nə vaxt istəsə onda vuracağam.

"Açılmasa, gətirib qaytararsan"

Deputat Əli Məsimlinin tələbə vaxtlardıdır. Gənc və kasıb  Əli pul toplamaq üçün alverə girirşir. Bazarda paraşüt satır. Əli bəy dil-boğaza qoymadan malını tərifləyir. Alıcılardan biri dükandan aralanmamış, nəsə fikirləşib geri qayıdır:
- Ay bala, deyirsən əntiqə maldı, hə?
- Əlbəttə! Bu mala pis deyənin ağzı əyilər!
- Bəs paraşüt birdən göydə açılmadı, onda neyləyəcəm?
Əli qımışır:
- Heç nə, dayı. Onda malı gətir, təhvil ver, başqasını al. Dünyanın axırı döyül ha.

Ağız ədədbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmışlar barədə formalaşmış şifahi xalq ədədbiyyatı nümunələri

Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Firqədə neçə igid var,
Hamının başı sənsən.
            (Arfi Paşa haqqında Ümid Partiyasının Qazax təşkilatında yaranıb)

Kəm baxtı sönən qərib,
Qürbət də ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.
           *** *** ***
Əziziyəm dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
          (Rəsul Quliyevin xatirə dəftərindən)
Bu sazı alan gəlməz,
Oxuyub-çalan gəlməz,
Bu igidi öldürsən,
Dilinə yalan gəlməz.
          (Hafiz Hacıyev barədə 2 saylı əsəb dispanserində yaranıb)

Son zəng lətifələri

Müəllimə müraciət

Ruslar belə deyər:
- Zdrastvuyte, uçitel!
İngilislər:
- Hello, teacher!
Türklər:
- Selam hocam!
Azərbaycanlılar:
- Salam muəllim, necəsən? Nə var nə yox? İlişən, xətrinə dəyən- zad yoxdu?

Valideyn-şagird münasibətləri

Azərbaycanda valideyn ibtidai sinif şagirdinə:
- Dərslərini eləmisən, mənim ağıllı balam?
Valideyn 8-ci sinif şagirdinə:
- Çantanı  yığmısan, bala?
Valideyn 11-ci sinif şagirdinə:
- Dərsə gedəcəksən?

Facebook lətifələri

Qoyun ilini qarşılamağa..

Kürəkən qaynanaya:
- Anacan, gəlin bu ili birlikdə qarşılayaq..Axı üzümüzə gələn
il sizin iliniz - İlan ilidi...
Qaynana:
- Həə, yaxşı olar..Necə də olsa bir də 3 il sonra yenidən bir yerə yığışa biləcəyik..
- Niyə?
-Necə niyə?  Sənin ilini - Qoyun ilini qarşılamağa..

Mən gombulam?

Qız oğlana:
- Eh, ürəyim sıxıldı.
-Oğlan: 
- Nə oldu, əzizim?
-Qız narazı halda:
- Hamı mənə gombul deyir. Məgər məın gombulam?

-Oğlan təmkinlə:
- Yaxşı, ordan 2 stul çək otur, başa salım...

" Soruşurlar ki, qardaşsız?"

Qız oğlana:
- Canım, neynirsən?
- Üzümü qırxıram.
- Bığını qrıxma ha, sənə çox yaraşır...
Oğlan cəld dillənir:
- Yox qırxacam. Bığlı olanda sənə oxşadırlar məni. Soruşurlar ki, qardaşsız?

"Həşəratları alıb, evə buraxacam"

Elman Türkoğlunu yaşadığı kirayə evdən çıxarırlar. Zoomağazaya gedən Elman satıcıya deyir:
- Sizdə, 277 taxtabiti, 657 tarakan, 24 siçan və 7 siçovul var? Mənə lazımdı.
- Var e, intəhası, neynirsiz onları?
Elman köks ötürür:
- "Xozayka" məni evdən çıxarır, deyir ki, necə təhvil almışdınsa, evi eləcə də ver. Həşəratları alıb evə buraxacam.

"Anam deyib ki, hər adamla danışma"

Mədəniyyət və İncəsənət Univetsitetində oxuyan Məleykə Əsədovanın gənc vaxtlarıdır. Bir gün Məleykə təzə tanış olduğu sevgilisi ilə bulvara çıxır. Oğlan qızı öpür. Görür ki səs çıxmadı. Bir də öpür. Yenə reaksiya yoxdur. Oğlan təəccüblə soruşur:
- Əzizim, heç nə deməyəcəksən?
Məleykə nazla dillənir:
- Anam deyib ki, hər adamla danışma.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31