İynə - Uzanmaq, yoxsa utanmaq? - YUMOR
19 Oktyabr 2012 16:55 YumorÖtən sayımızda tanınmış psixoloqla müsahibədə yanlışlığa yol verilib. "Azərbaycan cəmiyyətində utanmaq problemi var" fikri korrektorun xətası üzündən belə verilib: "Azərbaycan cəmiyyətində uzanmaq problemi var".
"Qalina üçün gedirəm..."
Bədrəddin Quliyev bir gün xəlvətcə telefonla danışarkən evdəkilər eşidir.
- Kimdi bu Qalina? Bayaq danışanda dedin ki, Qalina üçün gedirəm...
Badri and-aman edir:
- Vallah, adam deyil! Dostumla danışırdım, dedi, hara gedirsən. Dedim, "Qalina-Blanka" almağa. Yanlış anlamısan.
Yanlışlıq
Son nömrələrimizin birində Azadlıq Partiyasının sədri Əhməd Orucla müsahibədə yanlışlığa yol verilib. Korrektorun xətası üzündən "Elşad Musayevi dəfələrlə balığa aparmışam" fikri belə gedib: "Elşad Musayevi dəfələrlə bazlığa aparmışam".
Onun mənliyi var
Oğlan qıza:
- Sən mənim olacaqsan! Mənim maşınım, evim, pulum, işim var! O isə çox kasıbdı. Heç nəyi yoxdu!
Qız:
- Sən səhv edirsən. O səndən qat-qat varlıdı. Çünki onun səndən fərqli olaraq mənliyi var.
Mənzərə şəkli
"Ədalət" qəzetinin redaksiyası. Məsul katib Ceyhun Musaoğlunun yanına gəlib deyir:
- Cenqo, "Eyvandan görünən mənzərə" yazısına nə şəkil verim?
Kefi ala buludda olan Ceyhun:
- Mənzərə Sadıqovanın şəklini qoy.
Saxta dollar
Bir gün iki dəli söhbət edir:
-O gün yolda 1 dollar tapdım.
-Bəs hanı?
-Tulladım, əşi.
-Niyə?
-Saxta idi. Harda görülüb ki, 1 dolların üstündə iki sıfır olsun?
Atasının balası
Cəcur Sümərinlinin oğlunun tərbiyə aldığı bağça. Bağça müəlliməsi uşaqları bulvara gəzməyə aparır. Həmin gün meydanda parad olur. Müəllim iri texnikanı göstərib deyir:
-Baxın, uşaqlar. o uzun burun maşın tırtırdı...
Cəsurun 5 yaşlı oğlu:
- Müəllimə, o uzun burun tırtır deyil e, t-80 Tankıdır. O uzun da lüləsidi.
Onun bəlalı səhər yeməyi
Bir ingilis dilli siyasətçinin səhər yeməyi: "Səhər yuxudan durdum, mətbəxə keçdim. Bərk acam. Masanın üstündə iki armud gördüm. Götürüb boşqabda əzdim-əla! Üüstünə iki gavalı daha əzdim-super! Smetan da qatdım-yaxşı! Uşağa aldığım yoğurtu götürüb üstünə əlavə elədim (evdə heç kim yox idi, görmədilər)-super. Bir az bal qatdım-qəşəng! Bir az doşab əlavə etdim-pis deyil! 8 ədəd zeytunu da qarışdırdım-bəd deyil. Sonra bir az xama əlavə elədim-məncə yaxşıdı. Düşünürəm: bunu yesəm, dadından doymayacaq, mətbəxdən çıxmayacam. Amma yedim-dəhşət! İndi ayaqyolundan çıxa bilmirəm!
Cəmisi "5" aldım
Mayis Səfərli məktəbli oğlundan soruşur:
- A bala, bu gün neçə aldın?
Oğlu cəld dillənir:
-
5!
- Ay sağ ol! - Hansı fənnlərdən?
- 3 fənndən. Riyaziyyat-2, Həndəsə-2, ingilis dili-1. Cəmi-5.
"Çata bilsən, tutarsan"
Boksçu Vüqar Ələkbərov rinqə çıxmazdan əvvəl əynindəki bahalı gödəkçəsini çıxarıb soyunub-geyinmə otağında asır və üstünə də yazır: "Oğurlasan səni tutacam!..İmza:Boks üzrə ölkə çempionu!" Yarış bitir, Vüqar qayıdanda gödəkçənisini tapmır, amma onun yerində bir kağız tapır. Üstündə yazılır: "Çata bilsən tutarsan!..İmza:Qaçış üzrə dünya çempionu".
Astroloq proqnozu
"Qoroskop" qəzetinin redaksiyası. Telefon zəng çalır. Dəstəyi astroloq Səbuhi Rəhimli götürür:
- Alo, salam! Mən qəzetdəki elana görə zəng edirəm. Siz fala baxırsınız?
- Bəli!
- Bazar günü sizin yanınıza gəlmək olar?
- Yox.
- Niyə?
Səbuhi köks ötürür:
- Çünki şənbə günü yıxılıb qıçınızı sındıracaqsınız.
"Mən tez o yeməyi yeyərdim..."
Aktyor Anar Heybətov sevgilisi ilə dalaşır. Qız acıqla:
- Sən mənim ərim olsaydın, mən sənin yeməyinə zəhər tökərdim.
Anar qəzəblə:
-Sən də mənim arvadım olsaydın, mən tez o yeməyi yeyərdim ki, canım səndən tez qurtarsın.
Avtobusda
Binəyə gedən marşrut. Sərxoş oğlan qarşıda dayanmış qıza toxunur. Qız:
- Ay uzunqulaq, üstümə yıxılma!
Oğlan etiraz edir:
- Bir az mədəni olun...
Qız:
- Çox hörmətli uzunqulaq, bir az o yana dayanın, üstümə yıxılırsız...
"Necə göndərim?"
Dəlicəsinə sevən qız sevgilisinə romantik mesaj yazır:
-Yatırsansa yuxunu, gülürsənsə gülüşünü, ağlayırsansa göz yaşını göndər. Nə edirsənsə onu göndər...
Oğlan cavab yazır:
- Əzizim, yaşadığımız binanın kanalizasiyası tutulub, əlimdə məftil pisliklə əlləşirəm. Bunu sənə necə göndərim?
"Kirlisən, get yaxşı-yaxşı çim"
Yaşar Türkazər falçıda:
- Əlim qaşınır.
- Pul gələcək,
- Ayağım niyə qaşınır?
- Yol gedəcəksən.
- Qulağım nədən qaşınır?
- Biri səndən danışır.
Yaşar həkimdə:
- Doktor, əlim qaşınır...
- Sonra..
- Ayağım qaşınır.
- Sonra.
- Qulağım da qaşınır...
Həkim təmkinlə:
-Qardaş, kirdəndi də. Get yaxşı-yaxşı çim.
Müdhət qızı yoldan necə çıxardı?
Aktyor Müdhət Aydının Rusiyada yaşadığı günlərdi. Bir gün yaşadığı qadınla arası dəyir və qadın Muriki məıhkəməyəy verir. Məhkəmədə qadın deyir:
- Mənə o qədər söz vermişdi ki. Aldatdı. Yoldan çıxardı məni...
Hakim:
- Düz deyir?
Müdhət məzə ilə:
- Düz deyir-yoldan çıxarmışam. Bir gün gəlirdim, gördüm, içib, yolun ortasına uzanıb. Yoldan çıxardım ki, maşın vurmasın. Belə yoldan çıxarmışam. Suçdurmu?
Məhkəmədə
Qatil məhkəmədə. Hakim:
- Öldürülən şəxs sizin qaynananızdır?
- Bəli.
Hakim:
- Onu axırıncı dəfə harada görmüsüz?
Qatil:
- Snayperin nişangahında.
"Yalnız xoş sözlər..."
Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqtsdan soruşurlar:
- Sizə, ildə 2 milyon manat verən AFFA haqqında nə danışa bilərsiz?
Foqts gülərüzlə:
- Yalnız xoş sözlər...