Ağız ədəbiyyatı - YUMOR

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında formalaşmış şifahi xalq ədəbiyyatı nümunələri.

Gülərəm, yaralıyam
Dostlardan aralıyam
Mandatımı aldılar
Fərqi nə, haralıyam?

Mən Gülərəm, güldəstə
Güllərim dəstə-dəstə
Düşmənlərim üstümə
Gəlirlər dəstə-dəstə.

(Gülər Əhmədova haqqında formalaşmış bayatılar)

Facebook lətifələri

1. Qızlar alış-veriş zamanı super qəhrəman kimidilər: Acmazlar, susamazlar, yorulmazlar və əsla ölməzlər.
2.  Yüngül həyat tərzi keçirən iki gürcü xanım söhbət edir. Onlardan biri:
- Mən istəyirəm ki, ərim prezident kimi olsun...
- Niyə prezident kimi? Mişa kimi?
- Yox, e. Yəni prezident kimi dörd ildən bir onu dəyişə bilim.

Əlacsız Robik

Robert Köçəryan Bako Saakyanla söhbət edir. Robik qanıqara halda:
- Dünən işdən tez çıxıb evə getdim. Qəfil evə girəndə gördüm ki, yataq otağında bir ingilis xanımla sarmaş-dolaşdılar.
Bako heyrətlə:
- Nə dedin?!
Robik başını aşağı salır:
- Heç nə demədim... İngilis dilində bir kəlmə də bilmirəm. Nə deyəydim?

Benzin qurtardı

Elman Türkoğlu ilə Yaşar Türkazərin bekar vaxtlarıdır. Bir gün Elman evdəki pişiyə 1 şüşə benzin içirir, həyətə buraxır. Pişik bir az yol gedib yıxılır. Yaşar soruşur:
- Niyə yıxılıdı?
Elman çoxbilmiş kimi dillənir:
- Bir şüşə azdı. Yəqin benzin qurtardı də.

Arı, yoxsa ayı?

Bir gün bir nəfər pəltək kəndin ortası ilə qaçır və qışqırır:
-Ayııı, ayııı, ayııı!!!...
Camaat da pəltəyə qoşulub qaçır. Birdən biri qəfil dayanıb soruşur:
- Nə ayı? Harda görmüsən ayını?
Pəltək deyir:
- Bayaq bağdaydım, pətəy göydüm. Qayğı uzatdım, düşdülər aydımca...

Ulduz geri qayıtdı...

Müdhət Aydının əsgərlik vaxtlarıdı. Xidmətin bitməsinə az qalıb. Müdhət bulvarda gəzdiyi qızla söhbət edir. Murik:
- Bax, əzizim, göydən ulduz düşür. Bir arzu tut...
Qız:
- Tutdum. Arzum budur ki, tezliklə evlənək...
Müdhət cəld dillənir:
- Aaa, ulduz geri qayıtdı ki...

Qoy, işığı söndürüm...

90-cı illlərdi. Bir gün subay Bədrəddin Quliyev evə tanışı rus xanımı gətirir. Qadın yerini rahatlamamış Badri işığı söndürür. Qadın:
- Oyyy, romantika!!!
Bədrəddin dilxor halda:
- Aaaz, nə romantika? İşıq yazır ee, ona görə söndürdüm.

Sərf etməyəndə eşitmir

Ayaz Mütəllibovun qoca vaxtlarıdır. Bir gün nəticəsi Ayaz müəllimin yanına gəlib deyir:
- Baba, mənə "07" al da.
Ayaz müəllim:
- Nəə? Eşitmirəm? Nə? Eşitmirəm
- Deyirəm, mənə "07" al da.
- Eşitmirəm, a bala!
- Deyirəm ki, mənə dördgöz "Mercedes" al da.
Ayaz müəllim cəld dillənir:
- Ay dəyyus, bayaq "07" deyirdin bəs?

Şagirdin bəhanəsi

Qaya Əliyevin uşaq vaxtlarıdır. Bir gün dərsdə müəllim soruşur:
- A bala,  ev tapşırığını  niyə yazmamısan?
Qaya cəld dillənir:
- Müəllim, işıqlarımız sönmüşdü!
- Şam yandırıb yazardın...
Qaya təmkinlə:
- Atam qoymadı.
- Niyə?
- Televizora baxırdı.

Kimə tapşırırsan?

Dörd kişiyə ərə gedən, onlar öldükdən sonra beşinci ərini də ölüm yatağına salan bir qadın dizinə vurub deyir:
- Ay kişi, ay kişi! Məni kimə tapşırıb gedirsəəən!?
Can verən kişi yataqdan başını qaldırıb:
- Kimə tapşıracam? Kimdisə, bədbəxt altıncı ərinə! Onsuz da mən ölən kimi gedəcəksən.

"Mən transformatoram, elektrik alasan?"

Futbol hakimi, hələ də subay olan Xaqani Məmmədov evlilik proqramına çıxır. Bir qızla tanış olur. Qız görüşməyə razılıq verir. Validenyləri başa salır ki, oğlan səndən yaşlıdır. Razılıq vermə. İkinci görüşdə qız o yan-bu yan eləməyə başlayır:
- Bilirsən, səndən elektirk ala bilmirəm e.
Xaqani əsəbləşir:
- Aaz, düz-əməlli bəhanə tap da, mən transformatoram, elektrik alasan?

"O baxır..."

Nurəddin Mehdixanlının Sovet əsgərliyində olan vaxtlarıdır. Bir gün Nurik sevgilsi ilə parkda gəzir. Nurəddin qızın əlindən tutub.  Onun bu hərəkəti qızın xoşuna gəlir və qız soruşur:
- Əzizim, evlənəndən sonra da əlimdən belə tutacaqsan?
Nurəddin bic-bic qımışır:
- Bilmirəm... O baxır sənin ərinin xasiyyətinə.

"Babam bazarda işləyir"

İstanbul parklarından biri. Bir azəri  oğlan qıza söz atır:
- Gözəl qız, çox şirinsən.. Atan pastanede (şirniyyat dükanı) çalışmır ki???
Qız söz altda qalmır:
- Hayır. Babam bazarda çalışıyor, sənin kimi hiyarları satıyor.

Mollanın cavabı

Məclislərin birində bir cüvəllağı oğlan molladan soruşur:
- Molla, o düzdür ki, məsciddə rucsa danışmaq olmaz?
Molla təmkinlə:
- Koneçno, düzdür, oğlum, katiqariçeski olmaz.

"Sabah zibil atmağa birgə gedərik"

Arvadı Zori Balayan deyir:
- Əzizim, neçə vaxtdır ikimiz bir yerə getmirik. Gəl, bir yerə gedək da.
Zori deyir:
- Olar, əzizim. Sabah zibil atmağa gedəcəm. Maşına minərsən, gedərik.

"Qorxuram liftə yerləşmərəm"

Özəl televiziyaların birində mətbəx verilişinin çəkilişi. Çəkiliş qurtarıb. "Keyxanım" -Ülviyyə Əliyeva "Toppuş bacı"ya -Tünzalə Əliyevaya deyir:
- Sən "pirojna"nı niyə yemədin? Qorxursan ki, paltara yerləşməzsən?
"Toppuş" deyir:
- Paltar problem deyil. Qorxuram liftə yerləşmərəm.

Həkimdə

- Həkim, "ənənəvi narkoz" nə deməkdir?
- Bu deməkdir: 200 qram təmiz tut arağını iç, uzan cərrahiyyə masasına...

"Onsuz da bir şey anlamıram"

Zərdüşt Əlizadənin tələbə vaxtlardır. Bir gün müəllim dəhlizdə onu görüb soruşur:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan?
Zərdüşt başını qaşıyır:
- Əşi, nə fərqi var e. Onsuz da bir şey anlamıram.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31