“İynə” - YUMOR

"Baş buğun izni olmadan yapamam"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana sual verirlər:

- Türkiyə ordusu Suriyaya girəcəkmi?

Tayyib təmkinlə:

- Buna biz qərar verə bilmərik. Yücə baş buğun-Vüqar Bəyturanın izni,  xeyir-duası olmadan bu addımı ata bilımərəm.

Köçəryanın duası

Robert Köçəryan xanımını çox sevir. Hər gün dua edir:

- Allahım, onun başı ağrımasın, mənim başım ağrısın. O üzülməsin, mən üzülüm. Onun canı sıxılmasın, mənim canım sıxılsın. Gənc yaşda dul qalmasın, mən qalım.

Müdhətdən diplomatik yox cavabı

Müdhət Aydının tələbə vaxtlarıdı. Bir gün 2 il gəzdiyi qız Muriki yoxlamaq qərarına gəlir. Ona bu cür evlənmək təkilfi edir:

- Sevgilim, mənimlə yağış altında əl-ələ gəzməyə hazırsanmı?

Müdhət işi başa düşür və narazı halda:

- Mən tez-tez qrip oluram, əzizim.

Riyazi tənlik

İki sevgili-Bakı Dövlət Univerisitetinin riyaziyyat fakültəsinin  tələbələri söhbət edir. Oğlan:

- Sevgilim, məsələ verim, həll elə.
- Buyur, canım.
- Bir də o oğlanla danışsan, gözünün dibində
yaranacaq göy hissənin diametrini hesabla.

"Mən elə indi gəldim"

Moskva. "Novostroyka"nın 4-cü mərtəbəsindən yerə yıxlımış Sergey özündən gedir. Bir də ayılır ki, ətraf adamla doludur. Bir alkaş yaxınlaşıb ondan soruşur:

- Burda nə baş verib?

Nə baş verdiyini anlamayan Sergey yarıyuxulu halda:

- Qardaş canı, mən elə indi gəldim.

 Facebook lətifələri

1. Dünya alimləri hələ də avtobusda yatan, amma düşəcəyi dayanacaqdan  1 "ostanovka" qabaq oyanan azərbaycanlıların sirrini tapa bilmir.

2. Əhməd:

- Xanım, ay xanım!...
Firəngiz:

- Nədir, cavan oğlan?..
- Xanım, siz ilk baxışda aşiq olmağa inanırsınız?..
- Xeyr, yox!!!
Əhməd özünü sındırmır:

- O zaman gözləyin, təzədən gəlim...

"Benzin pulu da cibimdə qaldı"

Bir gün 3 dost yol ilə gedirmiş. Dostlardan biri:

  • Alə, mən dünən 40 min manatlıq maşınla Bakını gəzdim.

O biri cayıl:
- Mən də  50 min manatlıq maşınla Bakını gəzdim.
Kasıb dost özünü sındrımır: 
- Mən isə 5 yüz min manatlıq...metro ilə gəzdim Bakını. Benzin pulu da cibimdə qaldı.

Hər şey axır, hər şey dəyişir..

Tanışlıq 1950-ci ildə:
Uşaq:

  • Papa, anamla necə tanış olmusan?
    Ata:
  • Oğlum, mən bulaqdan su içirdim, anan əlində səhəng gəldi bulağa, orada bir-birimizi gördük, tanış olduq.
     

*** *** ***

Tanışlıq 2000-ci ildə
Uşaq:

  • Ata, necə tanış olmusuz anamla?
    Ata:
  • Oğlum, mən avtoşluq eləyirdim, anan da qəşəng bir  maşın sürürdü. Nə isə yolda tanış olduq, xoşuma gəldi maşın sürməyi.

 

*** *** ***
Tanışlıq 2012-ci ildə
Uşaq:

  • Ata, anamla  necə tanış olmusuz?
    Ata:

- Oğlum, heç nə, mən facebookda bir şəkil paylaşmışdım, anandan "Like" gəldi. Mən də anana dedim ki. İnboxa yaz. Vəssalam, onunla da tanış olduq.

"Saçlarını yolub qaçırdım, onlar da dalımca düşürdülər"

Tanınmış yazar Elçin Bayramlı redaksiyanın gənc işçilərinə  məktəb xatirələrinin danışır:

  • Yaraşıqlı oğlan idim, saçımı qəşəng darayar, zövqlə geyinərdim. Qızlar məndən əl çəkmirdi. Dalımca düşürdülər. Qardaş, zəhləmi tökürdülər ee.

- Necə ki?

- Heç nə, saçlarını yolub qaçırdım, onlar da dalımca düşürdülər.

"Təcili yardım gələcək..."

Arif Quliyevin gənc vaxtlarıdır. Bir gün tanınmış yumorist evdə kefi-kök oturub mahnı oxuyur:

  • Sevgili yarım gələcək,

    Nazlı nigarım gələcək...

Xanımı əsəbləşib deyir:

  • İndi birin vuracam

    Təcili yardım gələcək...

Zəvzək qonşu ilə söhbət

Əhməd Orucun kasıb vaxtlarıdır. Bir gün Əhməd bəy qoltuğunda qarpız evə gəlir. Qarşısına söhbətcil, birini söhbətə tutmaq üçün ağlına gələni danışan, yerli-yersiz sual verən qonşusu çıxır. Qonşu:

- Bazardan gəlirsən, qonşu?

Əhməd cin atına minir:

- Yox, qonşu. Qarpızın evdə ürəyi sıxılırdı, dedim çıxardım bir az parkı gəzdirim...A kişi, ta hardan gələcəm?!

"Arvad yaman dirəşdi"

Fikrət qanıqara halda çayxanaya gəlir. Üst-başı toz-torpaq içində. Camaat maraqla:

- Nə olub sənə? Niyə bu gündəsən?

Fikrət qanıqara halda:

- Qayınanamı basdırdıq...
- Bəs üst- başın, pal-paltarın nədən cırıqdı?
Fİkrət dolxor halda:

- Sən öl, arvad yaman dirəşdi.

"Allah haqqı tanımamışam"

Bir gün şou-biznes əhlindən bir xanım infarkt olur.  Xəstəxanada yatanda kliniki ölüm keçirir. Yuxusuna Əzrayıl gəlib deyir ki, narahat olma, sənin ölməyinə hələ çox var. Bundan sonra 50 il də yaşayacaqsan. Xanım müğənni ayılır. Xəstəxanadan çıxandan sonra gedib   plastik əməliyyata girir, özünü daha da gözəlləşdirir. Amma 3 gündən sonra küçədə onu maşın vurur. Xanım müğənni ölüb o dünyaya gəlir. Qarşısına Əzrayıl çıxır. Xanm müğənni incik halda:

- Bəs mənə başqa proznoq vermişdin...Heç səndən gözləməzdim. 50 il yaşayacağımı göz altına alıb, o qədər pul xərclədim, əməliyyat etdirdim..

Əzrayıl təəccüblə:

- Aaa, bu sənsən? Allah haqqı tanımamışam.

Əsgər sıradan çıxdı

Bir gün hərbi xidmətdə olan Seyfəddin Hüseynli bərk soyuqlayır, ayaqüstə güclə dayanır. Səhər bölüyü sıraya düzən  komandir əmr verir ki, "Sıradan çıx!". Özünü saxlaya bilməyən Seyfəddin yıxılır. Komandir əl-ayağa düşür:

- Ona nə oldu?

Çavuş narazı halda:

- Sıradan çıx, dedin, yanlış anladı: sıradan çıxdı.

"Hələ "morqa" xeyli yol var"

Asim Mollazadənin həkim işləyəyn vaxtlarıdı. Bir gün təcili yardımda xəstə aparırlar. "Morq"un istiqamətini yaxşı bilən xəstə deyir:

-Həkim, məni meyidxanaya niyə aparırsz? Hələ ölməmişəm axı...

Asim qımışır:

-Narahat olma, hələ "morqa" xeyli yol var.

Türmədə

İqbal Ağazadənin hərbi xidmətdə olan vaxtlarıdı. Bir gün qaydanı pozmuş İqbalı həbsxanaya salırlar. Həbsxanada müxətilf cinayətlər törədib içəri düşmüş dustaqlar var. Məhkumlardan biri soruşur:

- Sən nədən düşmüsən?

İqbal qanıqara halda:

- Xidmət etdiyimiz otaqda havanı dəyişmək üçün pəncərəni açmışdım.

Harda xidmət edirdin?

- Sualtı qayıqda.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31