Mən Xəzərəəəəm!-YUMOR
28 Sentyabr 2012 17:34 YumorAtalar sözləri və zərb-məsəlllər
-Yel Qayadan nə aparar?
Bəs Qaya Cəbhədən nə aparar?
- Qaya heç çınqıl da deyil.
(KXCP-də yaranıb)
- Daş qayaya, Qaya da ağaya rast gəlib.
Yanlışlıq
Ötən sayımızda İctimai Palata ilə bağlı yazıda səhvə yol verilib. "İctimai Palata AXCP və Müsavatın qərarını təqdir etdi" cümləsi korrektorun xətası üzündən belə verilib: "İctimai Palata AXCP və Müsavatın qərarını təhqir etdi".
Mən Xəzərəəəəm!
Mən Xəzərəm. X-nı çıxsan Əzərəm, Ə-ni çıxsan Zərəm, R-nı çıxsan Ərəm. (Xəzər adlı özündən razı bir oğlanın toyda dediyi tostdan bir parça)
Ağız ədədbiyyatı
Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər barədə formalaşmış şifahi xalq ədəbiyyatı nümunələri
Mən aşiqəm Qayaya
Cangüdənə, Qayaya.
Sözəbaxan uşaqdı
Nə etdilər Qayaya?
(Qaya Əliyev haqqında KXCP-də yaranıb)
Mən aşiqəm Salyana,
Saatlıya, Salyana.
Fikrətgili qovdular
Di, qalın yana-yana.
(Azadlıq Partiyasında İctimai Palata barədə yaranıb)
Əzizinəm qayatək
Çox da sərtdi qayatək.
Müttəfiqlər dağıldı
Yenə qaldı Qaya, tək.
(Qaya Əliyev haqqında KXCP Salyan şöbəsində yaranıb)
Deputatlığa namizədin vədi
Parlament seçkiləri. Deputatlığa namizəd, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov jurnalistlər üçün brifinq keçirir.
Jurnalistlərdən biri soruşur:
- Niyə namizdəliyinizi verdiniz?
- Korrupsiya, rüşvətxorluq baş alıb gedir. Vəziyyət pisdi...
- Seçilsəniz, nədən başlayacaqsınız?
Kamil təmkinlə:
- Əvvəla, prosesi kökündən araşdırıb, öyrənməliyəm. Onun üçün də gərək özüm bu prosesə qoşulam.
Facebook gülməcələri
1. Facebookun yaxşı işləməməsi ilə əlaqədar şəbəkənin qurucusu Mark Zukkerberqə ismarıc yazırlar.
İngilis:
Salam cənab Mark, üzrlü hesab edin, narahat edirəmsə, amma Facebookun düzgün işləməsində problemlər var. Bunları aradan
qaldırmağınızı xahiş edirik.
İsveçli:
- Lütfən yardımçı olun, cənab Mark. Facebook yaxşı işləmir, ismarıclar gec gedir. Bəzən donur. Dostluğa qəbul edə bilmirəm...
Azərbaycanlı:
-Marksan, nəsən, dolamısan camaatı, alə? Adamsan, adam oğlusan, bu nədi alə? Aya 15 manat verib, evə internet çəkdirmişəm ki, feyzbuka girim, o da yaxşı işləmir. Bu qədər vaxt itirib, hər gün bura girirəm, Allah bilir mənim şotuma nə qədər pul qazanırsan. Ayıb olsun sənə!..Voopşe, mən sənə niyə yazıram ee? Səndən böyük kimdir orda, nömrəsini ver görüm onun...
2. Əgər bir qız profilinə beldən yuxari şəkil qoyubsa, deməli balacaboydu. Boğazdan yuxarı şəkil qoyubsa, deməli kökdü. Tək gözlərini çəkib qoyubsa, deməli, eybəcərdi.
"Metronun üstündəki körpünün şəklini qoy"
"Cəmiyyət" qəzetinin redaksiyası. Dizayner əlində yazı redaktor Oqtay Hacımusalının yanına gəlir:
- Bəy, "Xalqlar arasında körpülərin salınması" yazısına hansı şəkil qoyum?
Oqtay təmkinlə:
- Gir, Googleyə, "Xalqlar dostluğu" metrosunun üstündəki körpünün şəklini tap, qoy.
"Bir xanıma ürəyimi açmaq istəyirəm"
Evdə tək olan Yurddaş Partiyasının sədri Mayis Səfərli dostu ilə telefonla danışır. Başı o qədər qarışır ki, evə gələndən xəbəri olmur. Sən demə Mayisi dinləyirlər. Mayissə öz işindədir:
- Qaqa, bir xanıma ürəyimi açmaq istəyirəm. Qəşəng xanımdı...
- Nəəə?!-Mayis qəfildən səs eşidir. Amma özünü sındırmır və davam edir:
- Yaxşı kardioloqdu, istəyirəm bir ürəyimi göstərim.
Məhkəmədə
Natiq Cavadlı ilə Mehman Cavadoğlu məhkəmə iclasındadırlar. Məhkəmə gedir. Prokuror çıxış edir:
- Mən hesab edirəm ki, müttəhim günahsızdır. Bu iş bağlanmalı, o azad olunmalı, əmlakı özünə qaytarılmalı və əvvəlki işinə bərpa olunmalıdır...
Natiq Cavadlı təəccüblə:
- Başa düşmədim, bu prokurordur, yoxsa vəkil?
Təcrübəli Mehman Cavadoğlu qımışır:
- Yaxşı pul versən, prokuror da vəkil kimi danışar.
Sabiq nazirin məntiqi
Vəzifədən qovulmuş nazir media qarşısına çıxır. Jurnalistlərdən biri:
- Televizorda evinizdən çıxmış o qədər qızıl göstdərdilər. Buna nə izahat verəcəksiz?
Sabiq nazir qımışır:
- Nə izahat olacaq ki? Öz hala pulumla almışam da.
- Bəs deyirlər, bütün bunlar xalqın puludu...
Nazir təmkinlə:
-Yalan deyirlər. Xalqın o qədər pulu hardandır...
Firqə xəbərləri
"İynə" çapa gedərkən aldığımız məlumata görə, VHP sədrinin müavini Samir Əsədli KXCP sədrinin səlahiyyətlərini 1 aylığa əvəz edən Bəybala Əbil arasında yeni siyasi ittifaq yaradılacaq. Bəylərin yaxın ətrafından "İynə"yə sızan məlıumata görə, siyasi birlik "Qarabağ" blokuna alternativ olacaq. Qurumun "Qaradağ" bloku adlanacağı söylənilir.
"Soruş, gör hara qoymuşam"
KXCP-nin qərargahı. Qonşusunun oğlunun bu gün axşam olacaq toyuna pulu hardan tapacağını düşünən Mirmahmud Mirəloğlu qanıqara halda oturub. Bu vaxt qəzetdən zəng edirlər:
-Ağa, filan sayt yazıb ki, ağanın çoxlu pul var. Bu barədə nə deyə bilərsiz?
Ağa əsəbindən məzələnir:
- Sən canın, onu yazanlardan soruş, gör hara qoymuşam. Tapa bilmirəm, axşam da toy var...
Noxud falı
AXCP-Qaya ilə Fikrət missiyanı yerinə yetirə bilmədilər. Başqa adamlar tapın. Prezident seçkilərinə qədər KXCP daxilində möhkəmlənə bilıməsəniz, siz deyən olmayacaq. Uğursuzluqda Fuad Qəhrəmanlının da payı var. Qayagilə göndərilən tezislər yaxşı hazırlanmamışdı.
Müsavat-Yaxın vaxtlarda başqan dəyişikliyi gözlənilir. Arzu Səmədbəyli qrupu, ayıq olun, Arif Hacılı başqan olacaq.