Serb atıcı: I Avropa Oyunları yüksək səviyyədə təşkil edilib
18 İyun 2015 00:17 YumorSerbiyalı atıcı Zorana Arunoviç Bakı-2105 Avropa Oyunları çərçivəsində hava tapançası ilə atəş üzrə yarışlarda qızıl medal qazanaraq Azərbaycanda növbəti dəfə yaxşı nəticə göstərdi.O, Trend-ə bildirib: "Həyəcanıma baxmayaraq, uğuruma çox sevinirəm. Bu, Azərbaycana ilk səfərim deyil, lakin Bakıya birinci dəfə gəlirəm. Bunadək Qəbələdə atıcılıq yarışlarında iştirak etmişəm. Bu il avqustun sonunda ora qayıdacağıq".Serbiyalı idmançı qeyd edib ki, Avropa Oyunları yüksək səviyyədə təşkil edilib: "Oyunların açılış mərasimi çox füsunkar idi. Xüsusilə, Azərbaycanın milli mətbəxi çox xoşuma gəldi. Yeməklərin bəziləri bizimkilərə bənzəyir. Biz də ət yeməklərinə xüsusi önəm veririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31