“İynə”
“Partiyanın simvolu ağ at olsa...”
5 May 2012 14:22 YumorAzərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevə qonaq gəlmiş Böyük Quruluş Partiyasının sədri millət vəkili Fazil Qəzənfəroğlu kabinetdə qəfəsin içində ağ göyərçin görüb soruşur:
- Bunu nə üçün saxlayırsan, ay Fuad?
ALDP lideri deyir:
- Ağ göyərçin bizim partiyanın simvoludur.
Fazil qımışır:
- Yaxşı sizin partiyanın simvolu ağ at olsa, kabinetdə at saxlayacaqsan?
"Düşünsəm, rus deyəcəm"
Tədbirlərin birində Ədalət Partiyasının sədr müavini Etimad İsmayılova sual verirlər:
- Sizcə, azəri xanımları yaxşıdır, ya rus xanımları?..
Ömrünün bir hissəsini Rusiyyətdə keçirmiş Etimad qımışır:
- Məndən soruşsanız...düşünmədən azərbaycanlı deyərəm. Çünki düşünsəm rus deyəcəm.
Facebook gülməcələri
Qız oğlana mesaj yazır:
-Yatırsansa yuxunu, gülürsənsə gülüşünü, ağlayırsansa göz yaşını mənə göndər. Kəsəsi, nə edirsənsə onu göndər...
Oğlan cavab yazır:
- Toydan çıxmışam, özümü pis hiss edirəm, özümü yolun qırağına verib qaytarıram..
Siyasət dərsi
Qonşusunun oğlu millətçilikdən sosializmə keçid yapmış Elçin Bayramlıdan soruşur:
- Əmi, siyasət nədir?
Elçin sözə başlayır:
- Bax, övladım, atan evə pul gətirir, demək ki, o kapitalistdir. Anan isə pulu idarə edir, demək ki, o, hökumətdir. Baban isə pulun düzgün idarə edilib-edilmədiyinə nəzarət edir, demək ki, o parlamentdir. Qulluqçu qız isə, işçi sinifidir. Onların hamısının isə bir hədəfi vardır, sənin həyatının daha rahat olması. Başqa sözlə, sən də xalqsan və ananın pampers taxdığı balaca körpə isə xalqın gələcəyi...
Bir xurma, bir stəkan su...
Bir gün Quzanlı kəndinin cüvəllağı, itoynadan uşaqlarından biri Mürsəl mollalığa başlamış Məşədi Amilə sataşmaq üçün deyir:
- Molla mənim orucum pin koda düşüb (yəni orucumu pozmuşam). Nə edim?
Keçmişi itoynadanolan Amil söz altda qalmır:
- Bir xurma, bir stəkan su, diyez-yes.
"Həbsxanaya paraşütlə düşmüşəm"
Qapalı həbsxana. Məhbuslar söhbət edir:
- Nədən bura düşmüsən?
- Rüşvət üstündə.
- Bəs sən?
- Mən paraşütlə.
- O necə olur?
- Orduda xidmət edirdim-aviasiya bölüyündə. Paraşütlərər baxırdım. Bir gün yaxşı quraşdırmamışdım, uşaqlar tullananda 3 paraşüt açılmadı... Onlar yerə, mən də bura düşdüm.
"Bir fitdən ötrü meşəyə gedəcəm?"
Əhməd Orucun yeniyetmə vaxtlarıdır. Bir gün əmisi Əhmədi fit çalan yerdə görüb danlayır:
- Adam da fit çalar? Fiti meşədə çalarlar...
Elə o zamandan hazırcavab olan Əhməd deyir:
- Bir fitdən ötrü meşəyə gedəcəm?
"Yer yoxdu"
Evrovision günləridir. Bir gün türkçə bilən bir isveçli marşrut avtobusuna minir. Hamı oturub, heç kim yer vermir. Yurddaş Partiyasının sədri Mayis Səfərli də avtobusdadır. İsveçli küskün halda deyir:
- Yəni bu ölkədə görəsən bir centlimen qalmayıb?
Mayis cəl dillənir:
- Əmi, centlemen "N" sayda. Amma vallah yer yoxdur.
"Hamıya görünə bilərsən...təkcə gözümə görünmə"
Rəhmətlik Silva Kaputikyanın gəlin köçən vaxtlarıdır. Bunu adam bilib almış ər toy gecəsi peşman olur. Gəlin soruşur:
- Sizin evi adətini bilmirəm, de görüm, kimə görünüm, kimə görünməyim...
Ər qəzəzblə:
- Hamıya görünə bilərsən...təkcə gözümə görünmə.
"Onsuz da özümüzdən başqa heç kim olmur"
Müğənni Azəri Günel sevgilisi ilə söhbət edir:
- Əzizim, sabah sarayda konsertimdi. O gün mən yalnız sənin üçün oxuyacam...
Oğlan yazıq görkəmdə:
- Bilirəm, əzizim. Onsuz da özümüzdən başqa heç kim olmur.
"Bu fırıldaq bu dəfə keçməz"
Robert Köçəryanın oğlu Rusiyada atasından xəlvət evlənir. Gənc nişanlılarıın toyuna bir gün qalır. Səbrsiz oğlan qıza zənğ vurur:
- Əzizim, artıq səbrim-qərarım qalmadı, gəl yanıma, onsuz da sabah toyumuz olacaq da.
Qız hirsli-hirsli:
- Xeyr! Olmaz! Keçən dəfə də bir özbək balası məni elə aldatdı. Bu fırıldaq bu dəfə keçməz.
"Bundansa, təzəsini yaradaq"
Asim Mollazadənin Rusiyada həkim işləyən vaxtlarıdır. Bir gün həkimin qəbuluna bir ortayaşlı xanım gəlir:
- Həkim, bir əlac elə. Oğlum yeriyə bilmir, gözü görmür, kardır, danışa bilmir, huşu da yerində deyil. Buna bir baxın.
Asim qadına və uşağa baxıb deyir:
- Soyunun!
- Mən niyə, xəstə uşaqdır e?-deyə, qadın etiraz edir.
Asim qımışır:
- Xanım, bu, müalicə ilə əmələ gələn deyil. Bundansa, təzəsini yaratmaq daha asandır.
Xalq deyimləri
- Molla "al" eşidəndə "eyvallah", "ver" eşidəndə "əstəğfurullah" deyər.
- Pənah bəylə bostan əkənin tağı çiynində bitər. (yəni Pənah Hüseynlə ortaq koalisiya quranın tüstüsü təpəsindən çıxar)
Müdhət Aydın aktrisa həmkarı Rada Nəsibova ilə konsertə gedir. Amma gecikirlər. Müdhət qonşu lojada oturan tamaşaçıdan soruşur:
- Polad Bülbüloğlunun 4 nömrəli simfoniyası çalındı?
- Bəli. Gecikmisiz...
Müdhət laqeyd halda:
- Əşşi, eybi yoxdur. 4-cü çalınıb, 5-ciyə qulaq asarıq.