Bildiriş - YUMOR

Bakıda fəaliyyət göstərən diplomatik korpusun və xarici KİV-ləri diqqətinə! KXCP sədri vəzifəsini Bəybala Əbil icra edir. Xahiş edirik, görüşmək, müsahibə almaq, məsləhət almaq istəyənlər yalnız bir gün-cümə günü saat 12.00-dan 13.00 aralığında müraciət etsinlər. Növbə çox, vaxt məhduddu. Qeyri-ciddi adamlar zəng elməsinlər. Kişinin vaxtı zadı yoxdu.

Siyasi zərb-məsəllər

- Yel Qayadan, Qaya Əliyev də KXCP-dən heç nə apara bilməz.

- Fikrət Cəfərovdan siyasətçi çıxsa, Razi Nurulla da politoloq olacaq.

Şou-biznes xəbərləri

Xalq artisti Nurəddin Mehdixanlı Ukraynanın paytaxtı Kiyev şəhərinə köçür. Bu barədə "İynə"yə aktyorun yaxın çevrəsindəki dostlarından biri xəbər verib. Onun sözlərinə görə, Nurəddin bəy Kiyevdə spirtli içki biznesi ilə məşğul olacaq. Xatırladaq ki, bir müddət öncə Nurəddin bəy qastrol səfəri zamanı Kiyevdə səhnəyə içkili çıxmış və bununla da kiyevli araq biznesmenlərinin diqqətini çəkmişdi. Verilən məlumata görə, aktyor kiyevli dostlaır ilə birgə şirkət açacaq.

Şirkətin adı belədir: "Təmiz Araq MMC".

Facebook kəlamları

- Pul danışmağa başlayanda həqiqət susur!

- Həqiqətlə Ədalət danışmağa başlayanda qeybət yaranır.

"Mirmahmud ağa ikisindən də güclüdür"

KXCP sədrinin müavini Loğman Abdulladan soruşurlar:

  • Loğman bəy, KXCP-də ədalət güclüdür, yoxsa həqiqət?

Loğman öz-özünə düşünür: "Ədaləti anladıq, Yusibovu deyir, bəs bu Həqiqət kimdi?" Cavab tapa bilməyincə Loğman deyir:

  • KXCP-də nə Həqiqət güclüdür, nə də Ədalət. Mirmahmud ağa ikisindən də  güclüdür.

Bəyturan metroda

İki gündü "İynə"nin fəxri başqanı Məşədi Cəfər metroda türk dünyasının böyük öndəri, iki partiyanın başqanı Vüqar Bəyturanla rastlaşır. Allah axırını xeyir eləsin! Bəyturan təsadüf etməz. Nəsə sirr var bu işdə. Eyni saatda, eyni vaqonda təsadüf. Məşədi Cəfər bu işin misdiq tərəfindən qorxmur ha. Məşədi o qədər də qorxaq deyil. Sadəcə, böyük öndərin təhlükəsizliyindən narahatdır. Türk dünyası böyük oğluna metroya mindirməməlidir. "İynə" olaraq tələb edirik: Bəyturana təcili xidməti maşın ayrılsın!

"Stol ver, qapıçı otursun"

Milliət vəkili Aqil Abbas Portuqaliya-Azərbaycan futbol matçına baxır. 70 dəqiqə keçib, hələ də rəqib qapısına doğru irəliləyə bilməmişik. Berti Foqtsun müdafiədə oturmaq taktikasından əsəbləşən Aqil Abbas götürüb Vaqif Cavaova telefon açır:

-A bala, Vaqif, sən ehtiyatdasan. Sən canın, bir dənə stol apar ver, qoy Portuqaliyanın qapıçısı otursun. Yazıq boşuna ayaq üstə durub. 

"Qurddu-amma alma qurdu"

Vüqar Bəyturan dostu ilə söhbət edir. Dostu təcrübəli Bəyturandan siyasətdəki adamları xəbər alır:

- Bəy, Xəzər Teyyublu necə adamdı?

- Millətçidi. Əsil qurddu.

- Bəs Pənah Hüseyn?

- O da qurddu-köhnə qurddu.

- Bəs Razi Abbasabəyli?

- O da qurddu. Amma alma qurdu...

 

 

Siyasi tapmacalar

 

- 10 ildə 7 partiya dəyişənə nə deyirlər?

Cavab:

- Nəsimi Məmmədli.

- Səhər müxalifət, axş.am iqtidar olana də dyeirlər?

Cavab:

- AVİP sədri Əli Əliyev.

 

 

Bəyturan məktəbinin yetirmələri

 

İki partiyanın mühafizi, böyük öndər Vüqar Bəyturanın Azərbaycan siyasətinə bəxş etdiyi siyasətçilər:

- Xaqani Emin, Razi Abbasbəyli, Məhəmməd Ərsoy, Samir Adıgözəlli, Əlişir Əhəd, Alı İsmayılov.

Facebook gülməcələri

- Yol polisinin saatlarla əziyyət çəkib saxlaya bilmədiyi aftoşu qızlar 30 saniyəyə saxlayır.

- Asqıranda "çox yaşa" deyən sevgilim olmasa da, "alə yavaş ol da, çimizdirdin ki bizi" deyən dostlarım var...

"Hardan bilim?"

İngillis dilini bilməyən Əliməmməd "Torqovı"da bir ingilislə qarşılaşır. İngilis Əliməmmədlə tanış olmaq istəyir. Mamed soruşur:

- What is your name? (Yəni, sizina dınız nədir)

- İngilis:

İngilis:

- Bill
Əliməmməd əsəbiləşir:

- Axmaq adam, hardan bilim. De, bilim də.

Ağız ədədbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Əziziyəm aslandı, 
Qılınc qından aslandı, 
Tülküdən aslan olmaz, 
Elə sanır aslandı.

             (Robert Köçəryan haqqında formalaşıb)

Dağların qaşı sənsən 
Dibinin daşı sənsən. 
Hay quldurlarının

Böyüyü, başı sənsən.

           (Serj Sarkisyan haqqında yaranıb)

Mən aşiq gerigəlməz

Çox gedər, gerigəlməz.

Cəbhədən gedən insan

Bir daha geri gəlıməz.

                      (KXCP-də formalaşıb)

Mən aşiqəm Salyana

Saatlıya, Salyana.

Kaş ki arzum çin olsun

Yol çəkilsin Şilyana.

         (Kürdəmirdə yaranıb)

Noxud falı

KXCP- AXCP yeni təxribat planı hazırlayır. Qaya Əliyev tək deyil, Fikrət Cəfərovun başqa adamları da var. Noxudlar göstərir ki, KXCP-nin dağıdılması planının arxasında Fuad Qəhrəmanlı dayanır. Fuadın şəklini falçı Məlahətə aparın, bir qələm çalsın. ki, sizinlə işi olmasın.

AVİP-AMİP sizi Məşvərət Məclisinə buraxmayacaq. Sizi dəstəkləyənləri götürüb ordan uzaqlaşmaq mıəsləhətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31