Matçda futbolçunu ildırım vurdu

Oyunçunun ayaqları yanıb

Peruda futbol matçı zamanı faciə baş verib. Belə ki, yerli komandalardan birinin oyunçusunu elə oyun zamanı ildırım vurub. Anspress-in məlumatına görə, hadisə "Sport Akuilla" ilə "Fuerza Minera" komandaları arasındakı oyun zamanı qeydə alınıb. İkinci hissə başlayanda güclü qasırğa başlayıb, yağış yağıb. Bir necə saniyə sonra ildırım çaxmağa başlayıb. İldırım birinci komandanın oyunçusu Joao Kontrerasın üzərinə düşüb. Bundan sonra o huşunu itirərək stadionun ortasına yıxılıb. Yaralanan oyunçu dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun ayaqlarından üçüncü dərəcəli yanıqlar aldığını deyiblər.

Qeyd edək ki, futbolçunun xəsarət alması ilə nəticələnən hadisələrdən biri də Əlcəzairdə "Tizi Uzu" stadionunda baş verib. Oyuna əsəbləşən izləyiçilərdən biri stadiona daş atıb. BU daş isə kamerunlu hücumcu Albert Ebossenin başına dəyib. Futbolçu xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31