Xarici siyasət
Cümhuriyyətin 100 illiyi Meksikada təntənəli şəkildə qeyd edildi
Mexiko şəhərinin Meksika Hərbi Dəniz Qüvvələri Klubunun ən böyük zalında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli qəbul və konsert keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirdə Meksika Federal Hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin rəhbər və təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Qərbi Hollivudda “Azərbaycan Milli Günü”
ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Con Duran (John J. Duran) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
AXC-nin yüz illiyi İsa Məsih abidəsində
Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə sözügedən şəhərin rəmzi olan və şəhərin hər yerindən görünən İsa Məsih (Christo Redentor) abidəsində Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş tədbir keçirilib.
NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları davam etdirməyə çağırır
NATO Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır.
Bakıda PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib
Cəbhədən xəbər var
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.
Cümhuriyyətin 100 illiyi Kubada qeyd olundu
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Kubanın Əmək və Sosial Müdafiə naziri Margarita Qonsales Fernandes, Xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
İordaniya Kralı Prezident İlham Əliyevi təbrik etdi
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:
Roma Papasından Azərbaycan prezidentinə məktub
Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:






.jpg)







