NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları davam etdirməyə çağırır
NATO Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır.
30 May 2018 16:00 SiyasətNATO Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır.
Bu barədə Trend-ə təşkilatdan bildirilib.
Məlumatda qeyd olunur ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur: "Aydındır ki, münaqişənin hərbi həll yolu mövcud deyil".
Təşkilatdan daha sonra bildiriblər ki, NATO münaqişənin həllində birbaşa iştirak etmir, amma bu istiqamətdə ATƏT Minsk qrupunun işini dəstəkləyir:
"Biz həmçinin hər iki tərəfi danışıqlar yolunu davam etdirməyə və istənilən yeni eskalasiyadan uzaq durmağa çağırırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31