Xarici siyasət

Çingiz Qənizadə AŞPA-nın Hüquq və İnsan haqları komitəsinə üzv seçildi

27 İyun 2018 13:18

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Çingiz Qənizadə AŞPA-nın Hüquq və insan haqları komitəsinə üzv seçilib.

Mübariz Əhmədoğlu: "Nikol Paşinyan Ermənistanda avtoritar quruluş yaradıb"

27 İyun 2018 11:39

"Nikol Paşinyanın baş nazir təyinatından iki ay keçməyib, amma bu dövrdə o “sabotaj”, “təxribat”, “əks-inqilabçılıq” və “antidövlətçilik” terminlərindən istifadə edib". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir

27 İyun 2018 10:25

ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək. Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir. Qeyd olunur ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Azərbaycan XİN başçısının müavini Ermənistana gedəcək

26 İyun 2018 16:45

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.