Azərbaycan, Türkiyə və Səudiyyə Ərəbistanı birgə təlim
2 İyul 2018 14:37 SiyasətTürkiyədə Azərbaycan, Türkiyə və Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin iştirak etdiyi Anadolu Simurqu 18 hərbi təlimlərinə start verilib. Hərbi təlimlər Konyada 3-cü hərbi hava bazasında keçirilir. Təlimlərdə hərbi hava qüvvələrinin birgə hərəkəti axtarış xilas etmə və birgə rabitə qurma ünsurlarının təkminləşməsi işlənəcək. Təlimlər bölgənin güclü dost və qardaş dövlətlərinin hərbi qüvvələrinin əməkdaşlığının daha da güclənməsində və təkmilləşməsində böyük əhəmiyyət daşıyır. Təlimlərin 6 iyula qədər davam edəcəyi bildiilir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31