Sevinc Fətəliyevaya AŞ PA-da vəzifə verildi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə  rotasiya qaydasında dəyişiklik edilib. Belə ki,  deputat Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi. O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edilib. Hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir: Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə, Vüsal Hüseynov.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31