Xarici siyasət

Azərbaycan-Belarus sənədləri imzalanıb

19 Noyabr 2018 16:41

Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

"Səfər Belarus Azərbaycan münasibətlərinə ciddi töhfə verəcək" MÖVQE

19 Noyabr 2018 16:09

“Belarus Azərbaycan strateji tərəfdaşlıq münasibətlərində olan bir dövlətdir. İki dövlət arasındakı əlaqələr həm tarixi köklərə söykənir, həm dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir, həm də eyni zamanda hər iki ölkənin xalqının da bir-biri ilə ciddi mədəni əlaqələri var”. Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

“Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" RƏY

19 Noyabr 2018 15:58

“Belarus Respublikası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir”. Bunu millət vəkili Azər Badamov deyib.

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub

19 Noyabr 2018 15:26

Bu gün təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Qənirə Paşayeva nüfuzlu qadınları etiraz səsini ucaltmağa çağırdı

19 Noyabr 2018 15:24

Ermənistanın törətdiyi vandalizm aktlarına qarşı Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Yaponiya, Meksika, Nepal, Avstraliya, Livan, Çin, Malayziya və Ekvadorun fəal qadınları ilə görüşüb.

Paşinyanın uğursuz KTMT cəhdi

19 Noyabr 2018 15:06

Və Ermənistanda artan narazılıq

Oqtay Əsədov TÜRKPA-nın tədbirinə qatılacaq

19 Noyabr 2018 14:24

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında və qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün noyabrın 19-dan 21-dək Türkiyənin İzmir şəhərində səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Nizami Cəfərov, İlham Əliyev, Sədaqət Vəliyeva, Hikmət Məmmədov, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrliyin Qırğızıstandan Türkiyəyə təhvil verilməsi mərasimi keçiriləcək. İclasda TÜRKPA Katibliyinin illik fəaliyyəti, 2019-2020-ci illər üzrə strateji planın təsdiqi, qurumun hüquqi bazasının təkmilləşdirilməsi, təşkilatı məsələlər və s. müzakirə olunacaq. Sessiyanın sonunda İzmir Bəyannaməsi imzalanacaq.

13-cü Avropa Keyfiyyət Təminatı Forumu keçirilib

19 Noyabr 2018 13:59

Avstriyanın Vyana şəhərində 13-cü Avropa Keyfiyyət Təminatı Forumu (EQAF) keçirilib. “OLAYLAR” xəbər verir ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov tədbirdə iştirak edib.

"Azərbaycan və Belarus bütün sahələrdə səmərəli əməkdaşlıq qura biliblər" AÇIQLAMA

19 Noyabr 2018 13:01

“Prezidenti İlham Əliyevin Belarusa növbəti rəsmi səfəri xəbər verir ki, Azərbaycan və Belarus arasında prezidentlər səviyyəsində səfərlərin baş tutması, görüşlərin keçirilməsi əməkdaşlığın inkişaf etdirilməsi bir tendensiya halına çevrilib. Belarus-Azərbaycan əlaqələrinin səciyyəvi xarakterini şərtləndirən məqam da əlaqələrin dinamik inkişaf etdirilməsi məsələsinin prezidentlər səviyyəsində nəzarətdə saxlanılmasından ibarətdir”. Bu fikirləri politoloq Ehtiram Aşırlı deyib.