Xarici siyasət
"Azərbaycan-Belarus münasibətləri Ermənistanı dünyaya rüsvay etdi" AÇIQLAMA
“Azərbaycan-Belarus münasibətləri digər ölkələrlə müqayisədə tamamilə fərqli münasibətlər sistemidir. Prezident İlham Əliyevin Minskə səfəri zamanı Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun xalqımız, dövlətimiz haqqında müsbət fikirləri iki ölkə arasında əməkdaşlığın bariz göstəricisidir”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.
“İki dövlət arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşıb" MÜNASİBƏT
"Azərbaycan və Belarus respublikaları arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşıb”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Belarus ölkəmizin milli maraqlarına hörmətlə yanaşır
Bu ölkənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi önəmlidir Prezident İlham Əliyev daha bir uğurlu və önəmli xarici səfərini gerçəkləşdirdi. Dövlət başçısının Belarusa səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə etdiyi məsələlər deməyə əsas verir ki, dost və belə demək mümkünsə, strateji müttəfiq ölkəyə işgüzar səfər iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcək, əməkdaşılığı, tərəfdaşlığı daha da gücləndirəcək və sürətləndirəcək.
Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib
ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar (İspaniya yəhudiləri) Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb. Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə David Dangoor rəhbərlik etdiyi Federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivlər barədə məlumat verilib. Eyni zamanda, Federasiya üzvləri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüb.
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
"Paşinyanın gündə ağlına bir fikir gəlir, onu da danışır" — Deputat
"Saakyan həbs edilərək Azərbaycana ekstradisiya edilməli idi" AÇIQLAMA
“Qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya və daha sonra ABŞ-a səfəri sıradan bir Ermənistanın vətəndaşının səfəri deyil, bunu təxribat xarakterli layihə kimi qəbul etmək olar”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.



.jpg)



.jpg)





