Paşinyanın uğursuz KTMT cəhdi

Və Ermənistanda artan narazılıq

Və Ermənistanda artan narazılıq

Ermənistan hökumətinin yarıtmaz xairci siyasəti bu ölkəni sürətli şəkildə öz müttəfiqlərindən uzaqlaşdırır. Bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı bunu bir daha təsdiqlədi. Məlum olduğu kimi İrəvanın qurumda baş katibliyi 2020-ci ilə qədər davam etməli olduğu halda, Ermənistan ümumi razılıq əsasənda bu hüquqdan məhrum edildi. Ermənistan, eləcə də mövcud hakimiyyət üçün kifayət qədər ciddi zərbə bu addımı hələ də işğalçı ölkədə həzm edə bilmirlər. Bu səbəbdəndir ki, hazırda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan rusiyalı həmkarına telefon açaraq ölkəsinə yenidən bu haqqı tanımağı istəyib. Ancaq görünən odur ki, İrəvanın yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katiblik etmək istəyi reallaşa bilməyəcək. Çünki qurumun üzvü olan digər iki ölkə Qazaxıstan və Belarus İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına əlavə problem yaratdığı iddiasındadır və həm Astana, həm də Minskdə hesab edirlər ki, KTMT-də işğalçı ölkəni təmsil edən Yuri Xaçaturova qarşı Ermənistanda cinayət işinin açılması ümumilikdə təşkilatın nüfuzuna, siyasi çəkisinə yönəlmiş zərbədir. Bir sözlə Ermənistan hökumətinin, konkret olaraq baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın yarıtmaz, düşünülməmiş siyasəti İrəvanı təşkilatdan uzaqlaşdırır.

Ancaq görünən odur ki, Ermənistan rəhbərliyi ənənəsinə sadiq qalaraq öz günahını özündə deyil, kənar qüvvələrdə axtarır. Elə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələdə də Ermənistanın bu mövqeyini aydın şəkildə sezmək mümkündür. Belə ki, Nikol Paşinyan hesab edir ki ölkəsinin KTMT-dəki uğursuzluğu və buradan təcrid olunması birbaşa Astana və Minskin İrəvana olan mövqeyinin nəticəsidir. Yəni, hər iki ölkə Ermənistana qarşı heç də müttəfiqlik prinsiplərindən çıxış etmir. Qazaxıstan və Belarusun bu mövqedə olmasına təsir edən əsas amillər sırasında isə hər iki ölkənin Bakı ilə mövcud olan yüksək səviyyəli əlaqələr göstərilir. Bu arada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa rəsmi səfər etməsi və bu ölkədən olan həmkarı Aleksandr Lukaşenko ilə görüşməsi də Ermənistan üçün növbəti acı bir sürpriz olub. Nikol Paşinyanın Qazaxıstan və Belarus prezidentlərindən KTMT ilə bağlı məsələdə izahat tələb etdiyi bir vaxtda Azərbaycan dövlət başçısının Minskə səfər etməsi və bu ölkədə çoxsaylı görüşlər keçirməsi İrəvanın izahatına Belarusdan mənfi cavabın veriləcəyini deməyə əsas verir. Eyni situasiya, cavab elə Astanadan da veriləcək. Çünki həm Qazaxıstan, həm də Belarus Cənubi Qafqaz regionunda daha çox Azərbaycanla əməkdaşlıq edir və hər ötən gün bu əməkdaşlıq özünün yeni bir mərhələsinə qədəm qoyur. Bu səbəbdən də həm Astana, həm də Minsk bu kimi prinsipial məsələlərdə Ermənistanın deyil, məhz Azərbaycanın maraqlarını üstün tutur. Ona görə də Ermənistanın əsas narahatçılığı, qısqanclığı və paxıllığı KTMT-nin üzv dövlətləri olan Qazaxıstan və Belarusun Azərbaycana hörməti və rəğbəti, Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində olan etimadlı dost münasibətlərdir. 

Qeyd edək ki, Ermənistan Belarus və Qazaxıstan ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq dövlət olmasına baxmayaraq, Ermənistan ciddi tərəfdaş kimi qəbul olunmur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi məsələsi Ermənistanla müzakirə olunmur. Ermənistan KTMT üzv dövlətləri üçün yükdən və əlavə problemdən başqa bir şey deyildir.

Ermənistanın yenidən KTMT-də baş katibliyi ələ almaq cəhdinə toxunan Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan baş naziri əvəzi Nikol Paşinyanın ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefonla danışması, əsasən KTMT -də baş katiblik məsələsi ilə bağlıdır. Onun sözlərinə görə, Paşinyan Putindən baş katibliyin ölkəsində qalmasını xahiş edib və dekabrın 6-da nümayəndəsinin dəstəklənməsini istəyib: "Dekabrın -6 KTMT-nin növbəti toplantısında quruma baş katiblik seçiləcək. Ermənistan nümayəndəsinin seçilməsinə Belarus və Qazaxısatn etiraz edir. Paşinyan seçkiöncəsi öz daxili reytinqini yüksəltmək üçün çalışır ki, baş katiblik ölkəsində qalsın. Təbii ki, Putində buna imkan verə bilməz".

Politoloq deyib ki, Ermənistanda baş verənlər və Paşinyanın Qarabağ klanın əsas füquru, KTMT -nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işi qaldırması, siyasi təqib etməsi, təşkilatınb nüfuzuna zərbə vurması Putini ciddi şəkildə narahat edir: "Putin Paşinyanın xahişini yerinə yetirməsi mümkün görünmür. Çalışacaq ki, Paşinyanın KTMT bağlı siyasətinin qarşısını alsın. KTMT Ermənistan üçün əsas təhülkəsizlik məsələsidir. Daxildə Qarabağ klanı bunu əllərində kozır tutaraq, Paşinyana qarşı kampaniyaya start verəcək. Bununla bağlı Sarkisyanın Respublikaçılar Partiyası etirazlarını bildirirlər. Məhz Putinin də əsas planı Qarabağ klanına kozır verib, siyasi proseslərdə Paşinyana təzyiq etməkdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31