Xarici siyasət

"Paşinyanın bəyanatı ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur"

27 Noyabr 2018 16:26

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

“Paşinyanı girovluqda olan erməni vətəndaşı düşündürmür"

27 Noyabr 2018 15:18

“Mən Ermənistan hərbçisi Arsen Baqdasaryanın müraciətini həbsdə olaraq əsir kimi özünü əziyyətçəkən bir insanın ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bölüşməsi kimi başa düşürəm”. Bunu millət vəkili Azər Badamov deyib.

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

27 Noyabr 2018 15:05

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.

Gürcüstanda iki siyasi gücün revanş savaşı

27 Noyabr 2018 13:24

Prezident seçkilərinin qalibi kim olacaq? Qonşu Gürcüstan yenə seçki ərəfəsindədir. Söhbət bir müddət əvvəl keçirilmiş prezident seçkilərinin ikinci mərhələsindən gedir. Məlumat üçün qeyd edək ki, son prezident seçkiləri Gürcüstanda demək olar ki, rekord sayda namizədlərin iştirak etdiyi prezident seçkiləri kimi yadda qaldı. Seçkilərdə əsas mübarizə Salomi Zurabişvili və Qriqor Vaşadze arasında getdiyindən elə seçkilərin ikinci turuna da adı çəkilən iki namizəd daha çox səs toplayaraq keçdi.

"Paşinyan sələflərinə siyasi ölüm hökmü çıxarıb”

27 Noyabr 2018 12:49

“Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan özündən əvvəlki hökumət rəhbərliyinə siyasi ölüm hökmü çıxarıb”. Bunu politoloq Ehtiram Aşırlı deyib.

“Artıq Ermənistan hərbçiləri də dilə gəliblər"

27 Noyabr 2018 12:46

“Artıq Ermənistan hərbçiləri özləri də fərqindədirlər ki, nə qədər ki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yubanıb və yubandıqca da Ermənistan daha da zəifləyib, bu işğalçı ölkənin hərbi gücündə də öz ifadəsini tapır. Təsadüfi deyildir ki, hətta Paşinyanın özü əsgərlərlə görüşündə dəhşətli bir faktı üzə çıxardığını etiraf etmişdi ki, əsgərlərin yedikləri yeməklər insan üçün nəzərdə tutulmayıb”. Bunu millət vəkili Elman Nəsirov deyib.