Xarici siyasət

Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir

19 Dekabr 2018 18:39

Dekabrın 18-də Ankarada başlayan Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir. Müdafiə Sənayesi Nazirliyindən “Olaylar”a bildirilib ki, nazirliyin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.