Xarici siyasət

"2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb"

14 Yanvar 2019 17:16

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir. 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb və dövlət siyasətinin prioritetləri sırasında olub”. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.

"Zaxarova qərəzliliyini nümayiş etdirir"

14 Yanvar 2019 16:26

"Rusiyanın XİN sözçüsü Mariya Zaxarova verdiyi bəyanatlarla öz funksiyalarını aşır. Onun vəzifəsi mətbuat katibidir və o ölkəsinin prioritetlərini açıqlamalı, dövlət və nazirlik adından çıxış edərək bir sıra məsələlərə aydınlıq gətirməkdir. Lakin Zaxarovanın bu sahədə təcrübəsizliyi və qərəzliliyi görünür ona düzgün fəaliyyət göstərməyə imkan vermir”. Bu fikirləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.

Vüqar Rəhimzadə: "Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa..."

14 Yanvar 2019 16:17

Regionun, ümumilikdə, dünyanın inkişaf dinamikasına müsbət təsir edən, mühüm töhfələr verən Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır. Bu layihələr sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, region ölkələrinin iqtisadi baxımdam inkişafında əvəzedilməz faktor kimi çıxış edir. Qardaş Türkiyə, Gürcüstan, İran və digər dövlətlərlə mövcud iki və çoxtərəfli əməkdaşlıqlar gələcək də böyük perspektivlər vəd edir. Təbii ki, işğalçı Ermənistan isə bütün bu layihələrdən kənarda çöküş dövrünü yaşayır.

Azərbaycan və Ermənistan XİN rəhbələrinin görüş yeri və vaxtı bəlli oldu

14 Yanvar 2019 15:26

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. XİN-dən “Olaylar”a verilən mlumata görə, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 16 yanvar tarixində Parisdə görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

"2019-cu il münaqişənin həllində kuliminasiya ili ola bilər"

14 Yanvar 2019 14:53

“Paşinyanın hazırda məqsədi ölkəsini qışdan çıxarmaqdır. Əgər o, bu il ölkəsini qışdan çıxara bilsə, o zaman gələcəkdə hakimiyyətdə nəyəsə iddialı ola bilər. Ermənistanda əsas məsələ xalqın və vətəndaşların rifahıdır ki, hazırda düşmən ölkədə bu sahədə vəziyyət çox ağırdır. Paşinyan bunun öhdəsindən gələ bilmir” Bu fikirləri siyasi-şərhçi Arzu Nağıyev deyib.

"XİN sözçüsü münasibətlərə hansı zərbəni vurduğunun fərqinə varmalıdır"

14 Yanvar 2019 14:50

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın artıq neçənci dəfədir ki, Azərbaycan-Rusiya münasibətlərinin sürətlə dərinləşən templərinə uyuşmayan bəyanatlar səsləndirməsi çox ciddi nəticələr çıxarmağa əsas verir”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

14 Yanvar 2019 14:19

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Rusiyanın yaxın və uzaq pesrpektiv üçün planları

14 Yanvar 2019 14:08

Rusiya Federasiyasının qarşıdakı illər üçün nəzərdə tutduğu planlar təkcə şimal qonşumuz deyil, eləcə də digər qonşu dövlətlər üçün də müəyyən mənada maraqlı görünə bilər. Daha dəqiq desək Kremlin nəzərdə tutduğu plan müəyyən mənada qonşularını da əhatə edir.

Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

14 Yanvar 2019 14:05

Bu əməkdaşlığı xarici siyasət orqanları deyil, ölkə prezidentləri müəyyən edir