32 min əhalinin gediş-gəlişi asanlaşacaq

Prezident İlham Əliyevin Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı sərəncamına əsasən, hazırda rayon ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılır. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.  Tikinti layihəsinə uyğun olaraq mövcud örtük sökülüb, yolun yararsız qruntu qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb, çiyin hissələr xüsusi materialla bərkidilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31