Tovuzda yol təmiri başa çatmaq üzrədir

Tovuzda yol təmiri başa çatmaq üzrədir

Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə. bir-neçə istiqamət üzrə yenidən qurulan 51 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.  Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə  III  texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.

Ümimilikdə yollar boyu atmosfer sularının təsirindən və hərəkətin intensivliyi nəticəsində torpaq yatağında aşınma və dağılmalar əmələ gəlmişdir. Bu isə xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə maneə yaradırdı. Artıq bu problem demək olar ki, geridə qalıb.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkiləcək. Bununla da Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunda müasir yol infrastrukturu yaradılmaqla vətəndaşların istifadəsinə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31