Qobustanda avtomobil yolu yenidən qurulur
Qobustanda avtomobil yolu yenidən qurulur
21 Avqust 2019 11:49 TikintiQobustan rayonunun Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim-Göydərə yolu 4-cü texniki dərəcəlidir. Yolun ümumi uzunluğu 13 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kv.m-dən çoxdur. Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.
Ərəbqədim-Göydərə sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 2 mindən artıq əhainin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.