Ağdaşda uzunluğu 40.5 km olan yolun yenidən qurulması yekunlaşır

Ağdaşda uzunluğu 40.5 km olan yolun yenidən qurulması yekunlaşır

Ağdaş rayonunda cari ildə Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral marşrutu üzrə 40.5 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsasıə şəkildə təmir edilir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, yollar 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır.

Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri aparılır. Yolun 250 min kv.m-ə yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Tikinti işlərinin sonuncu mərhələsində 18 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 172 yol nişanı və məlumatverici lövhə, 40 km göstəricisi və 1620 siqnal dirəyi quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31