Giləzi–Xızı–Tıxlı avtomobil yolu yenidən qurulur
Giləzi–Xızı–Tıxlı avtomobil yolu yenidən qurulur
1 Avqust 2019 12:35 TikintiXızı rayonunun Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 28-ci km-dən götürən yerli əhəmiyyətli Tıxlı yolunun uzunluğu 2 km-dir və çınqıl örtüklü olmaqla IV texniki dərəcəlidir.
Layihəyə uyğun olaraq optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə artıq asfaltlanma işlərinə də başlanılıb. Ümumilikdə yol boyu 12 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün layihə üzrə boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yol birləşmələri ilə kəsişmələrdə yeni boruların qoyulması ehtiyac olduğu üçün bu çərçivədə müxtəlif diametrli 160 paqon-metr metal və dəmir-beton boruların quraşdırılması işləri aparılır, avtoqreyderlə 1600 paqon-metr küvetlər açılır. Layihənin sonuncu mərhələsi üzrə çiyinlər optimal-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə km göstəricisi, 12 yol nişanı və 80 siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.