Hirkan–Mamusta-Siyavar avtomobil yolunun tikintisi yekunlaşır

Hirkan–Mamusta-Siyavar avtomobil yolunun tikintisi yekunlaşır

Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir. Sözügedən avtomobil yolunun uzunluğu 7 km təşkil edir. "OLAYLAR"-a AAYDA-dan verilən məlumata görə, bu istiqamətdə yol boyu aparılan təmir-tikinti işləri yekunlaşır. 

Tikinti layihəsinə uyğun olaraq, hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Yol yatağından sonra lazımi qarışıqlardan istifadə edilməklə 2 laydan ibarət yol əsası inşa olunub. Uzun müddət əsaslı şəkildə təmir olunmayan Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 min nəfərə yaxın əhalinin gediş-gəlişini təmin etmək, Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31