Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur

Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması uğurla davam etdirilir. "OLAYLAR"-a AAYDA-dan bildirilib ki, yolun 38.4 m-lik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi artıq yenidən qurulub. 2-ci mərhələ üzrə isə hazırda 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işlərinə start verilib.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülüb, sökülmüş hissələrdə həmçinin zəruri digər ərazilərdə torpaq işləri görülüb, yeni yol yatağı inşa olunub. Hazırda yol əsasının 2 lay olaraq inşası, yol əsası hazır olan hissələrin isə 3 laydan ibarət asfalt-betonla örtülməsi işləri görülür.  Tikinti layihəsinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31