Sosial
Sədr müavini: “Azərbaycanda media üçün hər şərait yaradılıb”
“Ötən gün “Azərbaycanda ali məktəblərdə media təhsili” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə yekun olaraq vurğulandı ki, Azərbaycanda media təhsilinin verilməsi üçün kifayət qədər şərait yaradılıb. Artıq bir neçə universitetdə jurnalistika fakultələri fəaliyyət göstərir. Burada jurnalistikaya daxil olmaq balları da kifayət qədər aşağı salınıb və s. Jurnalistika fakultələrinə ayrı-ayrı universitetlərdən daxil olmaq, təhsil almaq normal bir vəziyyətdir. Bunun üçün də hər cür şərait yaradılıb”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
O tarixçilər saxta tarix yaradıblar - Azərbaycanlı akademikdən SƏRT İRAD
“Qondarma “Dağlıq Qarabağ problemi”, Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və bu gün Azərbaycanda yaşananlar Birinci Dünya müharibəsindən qalan miraslardır. Təəssüf edirəm ki, simpoziumun proqramında bu məsələlərə lazımınca yer ayrılmayıb”.
Yumurtalar kodlanır - Rəqəmlərin mənası nədir?
Son vaxtlar yumurta qiymətlərində dəyişiklik, hər satış şəbəkəsinin özünəuyğun qiymət müəyyən etməsi alıcılar arasında keyfiyyətli yumurta seçimində çaşqınlıq yaradır. Haqlı olaraq “baha satılan yumurta ən keyfiyyətlisidir, yoxsa bu, sadəcə marketin qiymət siyasətidir?” - deyə suallar yaranır. Xüsusən də, kənd yumurtası adı altında satılan yumurtalarda obyekt sahibləri istədikləri qiyməti müəyyən edir və bunu yumurtanın keyfiyyəti ilə əsaslandırırlar. Halbuki, həmin yumurtanın digərlərindən daha keyfiyyətli olmasını təsdiqləyici heç bir sənəd olmur.
Vəkillər Kollegiyasının sədri: "Vəkilliyə qəbulda keçid balının aşağı salınmasının tərəfdarı deyiləm"
"Mən şəxsən vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı deyiləm". Məlumata görə, bunu Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.
Anar Bağırov: "Ən qısa zamanda Vəkillər Kollegiyasına sənəd qəbuluna başlanılacaq"
Ən qısa zamanda Vəkillər Kollegiyasına üzvlüklə bağlı elan veriləcək və sənəd qəbuluna başlanılacaq. Bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni seçilmiş sədri Anar Bağırov deyib.
Gənclər Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub
Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turu keçirilib. “OLAYLAR”-a bildirilib ki, məlumat turu Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər üçün təşkil olunub. Məlumat turunda iştirakçılar nazirliyin fəaliyyəti haqqında təqdimat vasitəsi ilə missiyası və strukturu, Azərbaycanın ekoloji balansında rolu haqqında məlumat əldə ediblər. Daha sonra şöbələri ilə tanış olub, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda, xüsusən, gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumat alıblar. Turun sonunda gəncləri maraqlandıran suallar cavablandırlıb.
Bakcell şirkəti “Bakutel 2017” sərgisində Azərbaycan developerlərinin uğurlu layihələrini nümayiş etdirir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələri nümayiş etdirir. Bakcell şirkətinin “BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində Bakcell şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
Maral Tahirqızının porno videosu yayıldı - "Məni niyə biabır edirsən?" / FOTO
“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması”
Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edir.
Bakirə “çıxmayan” gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT - Şəkidə DƏHŞƏTLİ OLAY
Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri – 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vazeh Musayev mütəmadi olaraq həyat yoldaşı Tünzalə Musayevanı döymək və digər zorakı hərəkətlər etmək məqsədilə anası Aybəniz Musayeva ilə əlbir olub. Bir ilin gəlininə dəhşətli işgəncə
Günün iddiası: Məleykə Abbaszadə təhsilə nazir gəlir
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri ölkənin təhsil sistemi ilə bağlı ən bilgili şəxslərdən biridir və… Dekabrın 5-də prezident İlham Əliyev Mikayıl Cabbarovu vergilər naziri təyin etdikdən sonra Təhsil Nazirliyinə kimin rəhbərlik edə biləcəyi ilə bağlı müxtəlif namizədlərin adı çəkilir.
Azərbaycan səhəri bu ölüm xəbəri ilə açdı - Yüksək vəzifəli məmur...
Bakıda faciə — Gənc qız özünü 10-cu mərtəbədən atdı
Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb. 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü atıb. Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.
Fazil Məmmədova böyük ŞOK: Yeznəsinə yol göründü
Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunduqdan sonra onun yaxın ətrafının da tutduqları vəzifələrdən kənarlaşdırılacaqları barədə fikirlər dolaşırdı. Artıq həmin siyahıdakılardan birinə yol görünüb. Belə ki, mənbə bildirir ki, eks nazirin yeznəsi Namiq Quliyevə işdən çıxmaq barədə ərizə yazması tapşırılıb. Hazırda Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavinidir.














