Sosial

Şaxta babanın olmadığını uşağa hansı yaşda demək olar?

16 Dekabr 2017 08:22

Yeni il yaxınlaşır və bu bayramı xüsusilə də uşaqlar səbirsizliklə gözləyirlər. Axı Şaxta baba qarlı dağlar aşaraq, çox ellər dolaşaraq məktub vasitəsilə yazıb istədikləri hədiyyələri gətirəcək. "Şaxta baba, istəyirəm, mənə elə bir konfet gətirəsən ki, nə qədər yesəm də bitməsin. "Şaxta baba, salam, bilirəm ki, çox uzaqda yaşayırsan. Mənim yanıma da uçan marallar qoşulmuş faytonla gələcəksən. İstəyirəm, gələndə mənə qırmızı boks əlcəyi gətirəsən".

“İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları” mövzusunda konfrans keçirib

16 Dekabr 2017 08:19

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları” mövzusunda konfrans keçirib. Tədbirdə AMEA rəsmiləri və institutlarının təmsilçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycanda təmsil olunan müsəlman ölkələrinin səfirliklərinin, təhsil müəssisələrinin, media və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunduğunu xatırladaraq AMEA-nın bu istiqamətdə gördüyü işlərdən bəhs edib. İ.Həbibbəyli İslam həmrəyliyinin müsəlman ölkələrində problemlərin həllinə, onlar arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə töhfə verdiyini söyləyib.

Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?

16 Dekabr 2017 07:28

Rusiyalı astroloq Vasilisa Volodina bürclərə görə 2018-ci il üçün hazırladığı ulduz falını təqdim edib. Astroloq proqnozunda 2018-ci ildə məhəbbəti cəlb etməyin və onu qorumağın yollarını öyrədib. Odur ki, müəccimin tərti

Gənc alimlər İlham Əliyevə müraciət ünvanladı

16 Dekabr 2017 07:23

Dekabrın 15-də AMEA, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbirdə gənc alimlər Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Səbəbsiz susuzluq hansı xəstəliklərin xəbərçisidir?

15 Dekabr 2017 20:00

Bəzən insan səbəbsiz güclü susuzluq hiss edir. İnsan çoxlu su içir, lakin susuzluq keçmir. Həddən artıq susuzluq çox ciddi xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən özünüzdə belə simptom müşahidə etdikdə mütləq həkimə müraciət edin.

ŞOK: Yuxuda xoruldamaq ölümcül təhlükəlidir!

15 Dekabr 2017 19:41

İnsanların əksər hissəsi yuxuda xoruldamanın təhlükəli olduğundan bixəbərdir. Yuxuda güclü xoruldayan insanda yuxu zamanı nəfəsalmanın müvəqqəti dayanması baş verir. Buna tibbdə "yuxunun obstruktiv apnoe sindromu" deyilir və bu ciddi xəstəlik sayılır. Yuxuda xoruldama bu xəstəliyin əsas simptomu sayılır.

Soğan qabığından faydalanmanın 6 yolu

15 Dekabr 2017 19:35

Soğan qabıqları soğanın özü qədər faydalı bir məhsuldur. Soğan qabıqlarının gücü antiseptik, antimikrob və virus əleyhinə xüsusiyyətləri var. Soğan qabıqları dəmləməsi qanda xolesterolun səviyyəsini aşağı salır, damarları təmizləyir.

Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?

15 Dekabr 2017 19:24

Siqaretin zərərli xüsusiyyətləri demək olar ki hər kəsə məlumdur və hər bir ölkədə siqaret asılılığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür. Maarifləndirmə tədbirləri bu sırada xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsidir ki, xüsusilə inkişaf etmiş ölkələrdə siqaret çəkilən sahələrin daralması, siqaretin yaratdığı zərərli təsirlərə dair məlumatlılığın artması siqareti tərgitmə istəyini və bu yolda uğurları artırmaqdadır.

Şəhərdə yaşayanlar üçün ən böyük problem açıqlandı

15 Dekabr 2017 19:00

Böyük şəhərlərdə yaşayan insanların əksər hissəsində xroniki intoksikasiyanın simptomları müşahidə olunur. Bu ilk növbədə meqapolislərin pis ekoloji şəraiti ilə bağlıdır - burada hava və su müxtəlif toksiki maddələrlə olduqca zəngindir. Digər tərəfdən meqapolis sakilərin qəbul etdiyi qidanı da ekoloji təmiz hesab etmək çətindir.

Açıqlandı: "Sürətlə yemək qida borusu xərçənginə səbəb olur"

15 Dekabr 2017 18:55

Qida borusu xərçəngi təəssüf ki, ilk mərhələdə heç bir əlamətlə üzə çıxmır. Ona görə də xəstə yalnız vəziyyəti ağırlaşanda xərçəngə yaxalandığını anlayır. Ən çox yayılan xərçəng növləri arasında 8-ci sırada olan yemək borusu xərçəngi insanları ölümlə təhdid edir.

Yoqurtdan bioyanacaq yaradılıb

15 Dekabr 2017 18:30

ABŞ-ın Kornell Universiteti və Almaniyanın Tubingen Universitetinin alimləri yoqurt tullantılarından bioyanacaq yaradıblar. SİA-nın xəbərinə görə, tədqiqatçılar bakteriyaların köməyi ilə süd məhsulunu iki üzvi turşu qarışığına çeviriblər. Həmin qarışığı reaktorlarda emal edən alimlər karbohidrogen sinfindən uzun zəncirli molekullar alıblar.