Sosial
Regionların sosial iqtisadi inkişafı əhalinin rifahının yüksəlməsinə şərait yaradıb
Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas məsələrdən biri ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsindən ibarət idi. Qarşıya qoyulan hədəfə nail olmaqdan ötrü isə ölkədə iqtisadi islahatların həyata keçirilməsilə təkcə mərkəzi şəhərlərin deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmək zərurəti yaranırdı. Belə halda sözsüz ki, regionların inkişafına nail olmaq dövlət üçün prioritet hesab olunurdu. Məhz bu kimi amilləri nəzərə alan ölkə prezidenti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı imzaladı.
Qobustanda azyaşlı qardaş-bacı yanaraq ölüb
Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb.
Azərbaycanlı müştərilər erməniləri restorana gəldiklərinə peşman etdilər
Gürcüstanın Tbilisi şəhərində yerləşən "Taglaura" restoranında azərbaycanlılar erməni müştəriləri pərt ediblər. Bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub. Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə "Sarı gəlin" mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk ediblər.
Azərbaycanlı şagirdlər 3-cü Beynəlxalq Elm Festivalında uğur qazandılar
Avropa Azərbaycan Məktəbinin müəllimləri (EAS) Elvin Abdullayev və Mələk Əzizova şagirdlərlə Ekologiya mövzusunda elmi layihə üzərində işləyirdilər.
Gender bərabərliyi günümüzün ən ciddi problemlərindən biri kimi
Dünya müasirləşdikcə, inkişaf etdikcə bir sıra problemlər, cəmiyyətdə mövcud olan nöqsanlar aradan qaldırılsa da. Lakin qadınlara qarşı olan münasibət hələ də öz müsbət axarına qədəm qoymur, əksinə bir çox hallarda qadınlara qarşı davranışlar bir qədər də sərtləşir, müasir dünyamıza zidd hal, xüsusiyyət alır.
8 minədək hərbi qulluqçu övladı bayram şənliklərində iştirak edib
Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri təşkil olunub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə 8 minədək övladı üçün yeni il konsertləri, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.
Paytaxt məktəblisi dünya çempionu olub
Paytaxt məktəbliləri tokima idman növü üzrə Türkiyədə keçirilən dünya çempionatında I yerə layiq görülüb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 232 nömrəli tam orta məktəbin III sinif şagirdi Vüsal Nəsirov, V sinif şagirdi Fəhmin İdrisov və 327 nömrəli tam orta məktəbin VI sinif şagirdi Taleh Mehralıyev yarışda bütün rəqibləri üzərində qələbə qazanıblar.
Lənkəranda küçəyə Aprel şəhdinin adı verildi
Aprel şəhidimiz gizir Rusif İbrahim oğlu Ağayevin adı Lənkəran şəhərində doğulduğu qəsəbədəki küçəyə verilib. “OLAYLAR”-ın xəbərinə görə, şəhid gizirin atası İbrahim Ağayev əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib: “Biz küçəyə Rusifin adının verilməsi ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətinə müraciət etmişdik. Müraciətimiz Nazirlər Kabinetinə göndərildi və təsdiqləndi. Noyabrın əvvəlində yaşadığımız Hirkan qəsəbəsinin baş küçələrindən birinə oğlum Rusif Ağayevin adı verildi. Bu işdə əməyi keçən hər kəsə minnətdarıq”.
GİN işçi axtarır
Gənclər və İdman Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, bunlar Göyçay rayon Gənclər və İdman İdarəsinə rəis müavini və Qobustan rayon Gənclər və İdman İdarəsinə rəis müavini vəzifələridir.
General göstəriş verdi, yol polisi hərəkətə keçdi - Azərbaycanda İLK
Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.
İtkin düşən alpinistlərlə bağlı yeni GÖRÜNTÜ -İlk dəfə ortaya çıxdı - VİDEO
Dekabrın 23-ü itkin düşən gənc alpinistlərin axtarışları hələ də davam etdirilir."Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.
“Azəriqaz”dan limiti keçən abonentlər haqda AÇIQLAMA
Ağızdan gələn pis qoxunun səbəbi məlum oldu! Ən güclü qurd dərmanı budur! Boş mədəyə qəbul etdikdə bir yığın qurd tökür Boş mədəyə qəbul olunsa, ağızdakı pis qoxu yoxa çıxar və qaraciyər təmizlənər Yadda saxlayın! Oynaq xəstəlikləri 3 günə sağalır! Dizlərə...
Çayxanalarda siqaret çəkməyə icazə verilmir - Rayonlarda qadağa
Xəbər verdiyimiz kimi, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Məlumata görə, qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıq edilib. Qeyd olunub ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda onlar cərimələnəcək. Əldə etdiyimiz məlumatlara görə, artıq paytaxtla yanaşı bəzi bölgələrdə restoran və çayxanalarda siqaret çəkilməsinə icazə verilmir. İaşə obyektlərində siqaretin qadağan olunması haqda xəbərdarlıq elanı yerləşdirilib.
Milli Məclisin yaz sessiyasının ilk iclasının vaxtı məlum olub
Milli Məclisin 2018-ci il yaz sessiyasının ilk iclasının vaxtı məlum olub. Məlumata görə, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Yanvarın 15-dən isə komitə iclasları başlayacaq. İclasın gündəliyi isə yaxın günlərdə açıqlanacaq.
Seysmoloji Mərkəz: Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
"2016-cı illə müqayisədə ötən il Azərbaycanda seysmik aktivlik azalıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, 2016-cı ildə Azərbaycanda hiss edilən zəlzələlər daha çox olub. V. Rafiqqızının sözlərinə görə, hazırda ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir.






.jpg)







