Sosial
Yuxuda ilan görmüsünüzsə.. . - Bunlara diqqət
“Sobesendik” qəzetinin yaradıcısı – azərbaycanlı jurnalist vəfat edib
Göyün yeddinci qatında sizi NƏ GÖZLƏYİR? - Təyyarə sərnişinləri BUNLARI BİLMƏLİDİR
Bakının mərkəzində yaşayış binası yanır
Bilik Fondu 20 Yanvar şəhidlərini yad etdi
Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış, təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş 1990-cı ilin 20 yanvar cinayəti artıq 28 ildir ki tariximizdə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edir.
İzmirdə Xocalı parkı açılacaq
İzmirdə Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş park və abidə açılacaq. Bu barədə məlumatı İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri, doktor Asif Kurban verib. “Bu günlərdə Balçova bələdiyyə başqanı Mehmet Ali Çalkayanı cəmiyyət olaraq ziyarət etdik.
20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı tədbir keçirilib. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqı üçün önəmli tarixlərdən olan bu gündə giriş sözü ilə Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək bildirib ki, 20 yanvar xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq sayəsində Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib.
Masazırda BƏDBƏXT HADİSƏ: 3 yaşlı uşaq 6-cı mərtəbədən YIXILDI
Cihan Özdəmirlə görüş
Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru, türkoloq Cihan Özdəmiri qəbul edib. Qonağı ölkəmizdə, o cümlədən ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla indiyədək yüksək səviyyədə qurulmuş əlaqələrin bundan sonra daha da inkişafına əmin olduğunu söyləyib.
Uşaqlarda qəbizlik
Normada 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazı gün ərzində (böyüklərdə olduğu kimi) bir dəfə olmalıdır. Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir. Bu zaman uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri həcmcə və xarici görünüşcə normaya uyğundursa (yəni nə çox duru, nə də çox bərk deyilsə, tərkibində qan qarışıqları, selik və s. dəyişikliklər yoxdursa), bunu normal hal hesab etmək olar.
Toyuq bulyonunun bilmədiyimiz faydaları...
İlk növbədə nəzərinizə çatdıraq ki, söhbət, təbii ki, kənd toyuğundan (broyler toyuğundan deyil!) bişirilmiş bulyondan gedir. Belə bulyonu əsl dərman adlandırmaq olar.
Xəbərdarlıq: Rezin bilərziklilər zəhər saçır
Son zamanlarda uşaqların böyük maraqla taxdığı rəngli rezin bilərzikliklər, böyük təhlükəni saxladığı və tərkibində kansrogen maddə olduğu üçün uşaqlara zərər verir. Plastik hörgü bilərziklər göründüyü qədər günahsız deyil. Kiçik paket içərisində satılan və son zamanlarda qız uşaqları arasında bilərzik istehsalında istifadə edilən və olduqca məşhur olan rezin hörgü vəsaitlərinin zəhər saçdığı ortaya çıxıb. Çünki içərisində xərçəngə yol açan yüksək miqdarda ‘fitelat’ var. Fitelatlarda xərçəng maddəsi ehtiva edən məhsuldur.
Hansı bürcün qadını daha güclüdür? - XARAKTERİSTİKA
Bəzisi gücü və nəzarəti sevir, bəziləri yaradıcılığı və ya xəyalpərəstliyi ilə tanınır. Bürclərin qadınlar üzərində fərqli təsirləri ola bilir. Bəs siz bürcünüzün hansı xüsusiyyətlərə malik olduğunu bilirsiniz?
“20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans
Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ şöbəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib. ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov universitetdə 20 Yanvarla bağlı silsilə tədbirlərin keçirildiyini söyləyib. O, qeyd edib ki, bu tip tədbirlərin tələbələrdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rolu var, ona görə də, bundan sonra da bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. S.Hüseynov daha sonra mövzu ilə bağlı məruzələri dinləmək üçün sözü tələbələrə verib.








.jpg)





