Sosial

Gömrükdə nömrəsi saxtalaşdıran avtomobil aşkar edilib

23 Yanvar 2018 12:17

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Gənclər 20 Yanvar faciəsi ilə bağlı 2500 tvit paylaşıb

23 Yanvar 2018 12:15

Gənclər Təşkilatları Milli Şurası və üzvü olan gənclər təşkilatları ilə birlikdə “Xətdə” Proqramı çərçivəsində həyata keçirilən “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə fəaliyyət günü 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə təşkil olunub.

Teleqüllə yaxınlığında yeni çatlar yarandı

23 Yanvar 2018 12:07

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  bildirib ki, "Teleqüllə" sürüşmə sahəsi aktiv fazadadır. Onun sözlərinə görə, hazırda onlar ərazidə araşdırmanı davam etdirirlər: "Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb". Ə. Qaralov qeyd edib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir.

Narkomanların müalicəsi ilə bağlı YENİ QƏRAR verildi

23 Yanvar 2018 11:47

Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunacaqlar.

Ermənistan atom reaktoru ilə bağlı hesabat təqdim etməlidir

23 Yanvar 2018 11:34

Ermənistanda yeni tikiləcək reaktor 3+ nəsil reaktoru olacaq. Amma yeni texnologiya ilə tikilib-tikilməməsindən asılı olmayaraq, reaktorun istifadəsi ətraf mühitə, qonşu ölkələrə zərər verir.

Mikayıl Cabbarovdan şok: Bu maşından istifadə edir

23 Yanvar 2018 11:27

Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəlib. Məlumata görə, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir. Bununla yanaşı, onun xidmətində “BMV” markalı avtomobil də var. Mikayıl Cabbarov daha çox “BMV”dən istifadə edir.

Azərbaycanda məmur vəfat etdi

23 Yanvar 2018 10:09

Alpinistlərin axtarışları nə vaxta qədər davam etdiriləcək? - Klub rəhbərinin cavabı

23 Yanvar 2018 09:19

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Bu barədə  “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Bakıda toy yasa döndü - VİDEO

23 Yanvar 2018 09:08

60-dan yuxarı yaşı olan kişi rəqs etdikdən sonra elə restoranda dünyasını dəyişib. Hadisə ötən gecə paytaxtdakı restoranların birində baş verib. "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restorana toya gələn şəxs bir müddət rəqs edib. Daha sonra o yerinə əyləşib. Təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib.