Ədliyyə Nazirliyində islahatlar: vəzifədən azad olunanlar var
23 Yanvar 2018 05:44 SosialÖtən il fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə Ədliyyə Nazirliyi İcra xidmətinin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Virtualaz.org-un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində İcra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.
Qeyd olunub ki, 5 əməkdaşın ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00