Sosial
İçərişəhərdə 3 milyonluq bina satılır - Fotolar
İçərişəhərdə 3 mərtəbədən ibarət bina satışa çıxarılıb. Bakının mərkəzində yerləşən qədim bina bütün əşyaları ilə birgə satılır.
Mikayıl Cabbarovdan Xaləddin İsgəndərova ZƏRBƏ - OĞLUNU İŞDƏN ÇIXARTDI
Aşıq Əliyə AĞIR İTKİ - Bir müddət oxumayacaq
DƏHŞƏT ! 175-in sürücüsü qapıları bağlayıb sərnişinləri girov saxladı
7 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Agentliyin mətbuat xidmətindən bildirilib ki, təkcə Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Onlardan biri də 5.4 km uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Sözügedən yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur. Yolun uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Məhz buna görə yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 5 minə yaxın əhalisinin ürəyincə olub.
Tələbələrin köçürülməsinə başlanılıb
Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Alimlər gündüz yuxusunu bu xəstəliklə əlaqələndirir
Altsheymer xəstəliyinin ilkin simptomlarından əvvəl orqanizmin normal sutkalıq ritmi pozulur. Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir.
Yol polisi sürücü və piyadalara MÜRACİƏT etdi
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarına müraciət edib. Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət, o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır: "Nəhəng meqapolisə çevrilən, 674 min avtomobilin istifadə olunduğu, 655 yol ayrıcı, 70 piyada keçidinin, svetoforla tənzimlənən 319 yol, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsinin, 69 tunel və körpünün mövcud olduğu paytaxt Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır. Əsas Qanun tələb edir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni, hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyyatsızlıqdır".
Dövlət qurumları ərzaq bazarında araşdırmalara başladı
Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Birləşmiş Krallıqda Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb. Birləşmiş Krallıq Mars İrlandiyaya məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib.
“Ana”ları bir yerə toplayan almanax
Azərbaycanda elə bir şair tapmazsan ki, anaya, anasına, yaxud qadına şeir və yaxud başqa bir bədii əsər həsr etməsin. Bu da təbiidir, çünki hər kəsin hisslərinin formalaşması, ülviləşməsi, kutsallaşması anadan başlanır. Zaman keçir, gələcək şair böyüyür, məşhurlaşır, amma ana qucağını, ana məhəbbətini unuda bilmir. Şairlər həyatda, cəmiyyətdə mübarizə apardıqca, enişləri, yoxuşları çoxaldıqca o məsum və saf günlərə – analı, ya anasız zamana qayıtmağa can atır, uşaqlıq dünyasının ən böyük neməti olan o dövr üçün darıxırlar. Bu səbəbdən şairlər acılarını, ağrılarını unutmaq üçün keçmiş xəyallara qayıdırlar. Keçmiş xəyalların ən böyük obrazı, hamıdan seçilən surət isə ANAdır.














