Dövlət qurumları ərzaq bazarında araşdırmalara başladı
Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Birləşmiş Krallıqda Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb. Birləşmiş Krallıq Mars İrlandiyaya məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib.
1 Fevral 2018 11:06 SosialBeynəlxalq mediada yayılan xəbərlərə əsasən, Birləşmiş Krallıqda Mars İrlandiya şirkətinə məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb. Birləşmiş Krallıq Mars İrlandiyaya məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib. "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyəMars İrlandiya şirkətinə məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size"məhsullarının hansı çeşiddə və sayda idxal olması ilə bağlı araşdırmalara başlayıb. Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən Mars İrlandiya şirkətinə məxsus "Galaxy Smooth Milk" və "Maltesers Fun Size" məhsulları ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib.