Sosial
Bilirsiz, nəyə görə qıdığınız gəlir?
DYP ittihamlara cavab verdi
"Bomj" onu yemək masasına dəvət edən qıza məktub uzatdı - Məktubu oxuyan qız...
5-dən çox uşağı olan ailələrə veriləcək uşaqpulu məlum oldu – MƏBLƏĞ
Beşən çox uşaq dünyaya gətirən qadınların sayı və onlara verilən müavinətin məbləği açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan hökuməti tərəfindən çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görülür:
Ağcabədidə əhalini susuz və işıqsız qoyan şəxslər SAXLANILDI
Ağcəbədidə əhalini su və enerji ilə təmin edən qurğuların, digər avadanlıqları, onların hissələrinin sökərək oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədinin Taynaq kəndi ərazisində rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus 4 quyunu elektrik enerjisi ilə təmin edən kabelin 115 metrlik hissəsinin kəsilərək oğurlanması barədə RPŞ-yə müraciət daxil olub.
Keçmiş məhkum Bakıya narkotik gətirmək istədi, amma...
Yabanı halda bitən narkotik tərkibli bitkiləri yığaraq Bakıya gətirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri 20-ci sahə adlanan ərazidə, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Hava XƏBƏRDARLIĞI: 7 fevraladək...
Fevralın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Gömrük Komitəsi İrandan ölkəmizə toyuq ətinin gətirilməsi xəbərlərinə aydınlıq gətirdi
Dövlət Gömrük Komitəsi (DGK) İran İslam Respublikasından ölkəmizə toyuq ətinin gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DGK-dən verilən məlumata görə, 2016-cı ilin dekabr ayından etibarən İran İslam Respublikasından ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub, miqdarından və təyinatından asılı olmayaraq bu ölkədən toyuq ətinin gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir:
Belarusla əlaqələr genişlənir
Növbəti əməkdaşlıq müqaviləsi Minsk Dövlət Linqvistik Universiteti ilə imzalanıb Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir uğura imza atıb. Ölkəmizin bu nüfuzlu ali təhsil müəssisəsi ilə Belarusun Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova imzalayıblar. Olaylar.az bildirir ki, mərasimdə çıxış edən ali məktəb rəhbərləri imzalanmış müqavilənin tərəflər qarşısında geniş imkanlar açdığını vurğulayıblar. Qeyd olunub ki, bu sənəd universitetlər arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, professor-müəllim heyətinin ixtisaslarının artırılması sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini, birgə elmi nəşrlərin hazırlanmasını, müştərək elmi konfransların, simpoziumların, seminarların və s. təşkilini nəzərdə tutur.
Axtarışda olan 21 nəfər saxlanıldı
2018-ci il fevral ayının 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.














