Ağcabədidə əhalini susuz və işıqsız qoyan şəxslər SAXLANILDI

Ağcəbədidə əhalini su və enerji ilə təmin edən qurğuların, digər avadanlıqları, onların hissələrinin sökərək oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ağcabədinin Taynaq kəndi ərazisində rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus 4 quyunu elektrik enerjisi ilə təmin edən kabelin 115 metrlik hissəsinin kəsilərək oğurlanması barədə RPŞ-yə müraciət daxil olub.

Ağcəbədidə əhalini su və enerji ilə təmin edən qurğuların, digər avadanlıqları, onların hissələrinin sökərək oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ağcabədinin Taynaq kəndi ərazisində rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus 4 quyunu elektrik enerjisi ilə təmin edən kabelin 115 metrlik hissəsinin kəsilərək oğurlanması barədə RPŞ-yə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilib, onlardan biri - Ağdam rayon sakini Orxan Həsənov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31