Sosial

142 və 190-“Çağrı mərkəzləri” tərəfindən 15,2 mindən çox müraciət cavablandırılıb

14 Fevral 2018 13:24

Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15 236 müraciət daxil olub.

Bakı qəbiristanlığında yenə cadu tapıldı: Şəkildəkini tanıyan varsa… – FOTOLAR

14 Fevral 2018 13:21

Məzarlıqda növbəti dəfə cadu tapılıb.  Bakı sakini Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda qəribə halla qarşılaşıb. Belə ki, yaxının məzarını ziyarət etmək istəyən şəxs xoşagəlməz mənzərənin şahidi olub. O, qəbrin üzərini təmizləyərkən orada tanımadığı şəxsin şəklini və yanında yazı yazılmış kağız tapıb. Yazıların ərəb dilinə bənzədiyi bildirilir. Bu səbəbdən yaxınının məzarını ziyarət edən Bakı sakini bunun cadu olduğunu düşünür.

Video vəkillik bacarığının artırılması - İmişlidə təlim keçirilib - Layihə

14 Fevral 2018 13:19

Fevralın 7-8-də Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində birgə təşkil etdiyi növbəti təlim keçirilib. Təlim “Tərəqqi” Sosial Tədqiqatlar və "ARAZ" Humanitar Tədqiqatlar ictimai birliklərinin təşkilatçılığı ilə “Video vəkillik bacarıqlarının artırılması” layihəsi çərçivəsində baş tutub.

""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb" - Həkim xəbərdarlığı

14 Fevral 2018 13:02

Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "Fastfood" hazırlayan "McDonalds" və "KFC"məhsullarının orqanizm üçün zərərli olduğunu bildirib.

Hamı günahı bir-birinin üstünə atır

14 Fevral 2018 12:57

“Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər edilməsi zamanında və yerində atılmış addımdır”. Bunu deyən millət vəkili Elmira Axundovanın sözlərinə görə, yaxşı haldır ki, müvafiq icra hakimiyyəti orqanı qaz təchizatına nəzarət edilməsi üçün yeni qurum yaradır. Çünki bu istiqamətdə son zamanlar, xüsusilə də qış aylarında çoxsaylı mübahisə doğuran və problemli məqamlar ortaya çıxmaqdadır: “Binaların və mənzillərin qazlaşdırılması zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına, qazpaylayıcıların, qaz qurğularının yararlı və ya yararsız olub-olmamasınanəzarət edilməsi daha da gücləndirilməlidir.

Şəxsiyyət vəsiqəsi 25 AZN olacaq?

14 Fevral 2018 12:53

 Azərbaycan vətəndaşlarına və ərazisində daimi yaşayan lakin vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın statusu almış şəxslərə sənədlərin verilməsi ilə bağlı dövlət rüsumuna dəyişikliklər nəzərdə tutulur.

Bu rayonun polislərindən daha çox şikayət var - Prezident Administrasiyası açıqladı

14 Fevral 2018 12:36

"Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun "2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan "Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxıb”. 

Hacıqabulda bir neçə kənd və qəsəbəni birləşdirən yollar yenidən qurulur

14 Fevral 2018 12:22

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacıqabul rayonunda 3 yol infratsrukturu layihəsinin reallaşdırılmasını nəzərdə tutub. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108.7 km uzunluğa malikdir. Sözügedən layihələrdən artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.

Ziyad Səmədzadədən etiraz: "Fikirlərim təhrif olunub..."

14 Fevral 2018 12:14

"Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sistemli dövlət tənzimlənməsidirsə, digəri həmin sistemli dövlət tənzimlənməsinin həyata keçirilməsidir". Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə fevralın 13-də Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransdakı çıxışının bəzi mətbuat orqanlarında təhrif edilməsinə münasibətini bildirərkən deyib. Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti eyni zamanda, ölkədə aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edir.

Şagird və müəllimlər müayinəyə cəlb olundu

14 Fevral 2018 11:44

"Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub". Bunu institutunun direktoru Həqiqət Qədirova deyib. Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb: "Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün".

Ötən il Azərbaycanda pensiya və müavinətlər üçün 3,4 mlrd. manat xərclənib

14 Fevral 2018 11:41

Ötən il vətəndaşlara verilən pensiya və müavinətlərinin həcmi açıqlanıb. Bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Samir Abbasovla professor Ramiz Əskər arasında keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib

14 Fevral 2018 11:37

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov bu ölkədə səfərdə olan Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüşüb.