Sosial

İnsanlar daha çox bu icra hakimiyyətlərindən narazıdır - Prezidentə ŞİKAYƏT

14 Fevral 2018 11:25

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalıb.

Pensiyalar nə qədər artacaq?

14 Fevral 2018 11:11

BakıKart sisteminə qoşulan maşrut xətlərinin sayı 22 oldu

14 Fevral 2018 10:53

Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. “OLAYLAR” -a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib ki, 17.02.2018 tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.

Səfir Əlyazmalar İnstitutunda olub

14 Fevral 2018 10:00

Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marta Galindo AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. İnstitutun elmi işlər üzrə direktor müavinləri, f.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, f.ü.e.d. Paşa Kərimov və elmi katib, f.ü.f.d. Əzizağa Nəcəfovla görüşdə Kolumbiyanın müvafiq institutları ilə əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi, birgə layihələr əsasında elmi-tədqiqat işləri aparmaq və digər məsələlər  müzakirə edilib.

Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür

14 Fevral 2018 09:46

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

Şəhidlərdən bəhs edən kitab təqdim olundu

13 Fevral 2018 19:14

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar rayonunda Əlixanlı Xoşbəxt Valeh qızının “Biləsuvar şəhidlərinin igidlik dastanı” layihəsi çərçivəsində çap olunan “Biləsuvarın qəhrəman şəhidləri” adlı kitabın təqdimatları uğurla həyata keçirilib. Kitabda Qarabağ müharibəsində, “Aprel döyüşləri”ndə və 20 Yanvar hadisələrində şəhid olmuş qəhrəman oğullarımız haqqında məlumatlar öz əksini tapmışdır.

“Hamı üçün İKT” – layihəsi davam etdiriləcək

13 Fevral 2018 19:08

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihəsi əsasında ofis proqramlarından peşəkar istifadə üzrə ödənişsiz təlimlərə yekun vurulub.