Sosial
Bakıda fitosanitar və sanitariya nəzarəti qaydaları ilə bağlı milli seminar keçirilir
Fevralın 14-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində "Gömrük sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarəti qaydaları" üzrə milli seminar öz işinə başlayıb.
Bacılardan kişilərlə bağlı etiraf: "Ərim mənə xəyanət etsə..."
Nazirlik Mədəniyyət Evini satır – 65 minə
Mədəniyyət və Turizm Nazirliyi balansında olan və uzun illərdir fəaliyyət göstərməyən kənd klublarını satışa çıxarıb. Əmlak Məsələləri Dövlər Komitəsi ikinci dəfədir ki, nazirliyin satmaq istədiyi kənd klubları ilə bağlı hərrac təşkil edir. Budəfəki hərrac 13 mart tarixinə təyin edilib. Hərracda ümumilikdə 4 müxtəlif rayonda olan istifadəsiz kənd klubları özəlləşdiriləcək. Satışa təqdim edilən əmlaklar Ağdaş, Gəncə və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kənd klublarıdır.
"Hamilə qadın sürünə bilmədiyi üçün ermənilər onu güllələdi" - DƏHŞƏT
Erməni əsirliyində olmuş azərbaycanlıların başına gətirilən dəhşətlərin əks olunduğu sənədli filmin birinci hissəsini təqdim edir. Film keçmiş əsirlərin müsahibələri əsasında hazırlanıb. Ümumilikdə 20-dən çox keçmiş əsirin qan donduran əhvalatları əsasında 3 filmin hazırlanması nəzərdə tutulub.
“Gənclər XƏTDƏ” konfransı keçirilib
Gənclər Təşkilatları Milli Şurasının “Xətdə” proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər XƏTDƏ” konfransı keçirilib. “OLAYLAR” xəbər verir ki, konfransda spiker qismində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, Gilan Holding FMCG Qrupu Strateji Marketinq Departamentinin rəhbəri Rafiq Hunaltay, FİL Marketinq Agentliyinin rəhbəri Aysel Cəbrayılova, Prosper Digital Agency şirkətinin Biznesin İnkişafı şöbəsinin rəhbəri Süleyman Əliyev və İSTƏK liseyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərvin Piriyev iştirak edib.
AzTU Ardahan Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Ardahan Universitetinin rektoru, professor Mehmet Biber və nümayəndə heyətini qəbul edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, uğurla həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında ətraflı məlumat verib. Rektor AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyini və AzTU-da “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.
Rəqabət Məcəlləsinin bəxti açılır?
Ölkədə Rəqabət Məcəlləsinin qəbulunun zəruriliyi məsələsi yenidən gündəmə gəlib. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, məsələ komitə sədrlərinin parlamentin spikeri Oqtay Əsədovla görüş zamanı da gündəmə gəldi.
Bu şəxslər güzəştli mənzil ala biləcək
Deputat: “Azərbaycanda istehsal olunan məhsullar uşaqlara ziyan verir”
“Azərbaycanda məhsulların texniki göstərişlərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin keçirilən iclasında “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib.
Bayıl sürüşmə sahəsi ilə bağlı hesabat Nazirlər Kabinetinə təqdim edildi
"Bayıl sürüşmə sahəsi ilə bağlı görülən işlərin aralıq hesabatını ötən gün Nazirlər Kabinetinə təqdim etdik" . Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Hazırda Nazirlər Kabinetində ərazi ilə bağlı yekun rəy qəbul etmək üçün baxılır: “Apardığımız geofiziki, laborator, topoqrafik işlər, mühəndis geoloji, hidrogeoloji müşahidələrin müfəssəl hesabatı hazırlanıb. Nazirlər Kabineti yekun rəy üçün nəticələri müxtəlif təşkilatlara göndərəcək.
Sevgilinizə hədiyyə almamaq üçün nə bəhanə uydurmusunuz? – SORĞU
Hər il 14 fevral “Sevgililər günü” kimi qeyd edilir. Bu münasibətlə şəhərin mərkəzi küçələrində sorğu keçirdik. Çox vaxt bəzi gənclər sevgililərinə hədiyyə almamaq üçün müəyyən bəhanələr uydururlar. Biz də bununla bağlı sorğu keçirdik. Gənclər “Sevgilinizə hədiyyə almamaq üçün nə bəhanə etmisiniz” sualı qarşısında əvvəl özlərini itirsələr də, sonra bir-birindən maraqlı etiraflar ediblər.
“Azəri Qardaşları” Rusiyada dünya rekordu qırdılar – FOTO
“Standartlaşma haqqında” yeni qanun layihəsi hazırlanıb
Milli Məclisdə “Standartlaşma haqqında” və “Texniki tənzimləmə haqqında” yeni qanun layihələri müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Standartlaşam haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri müzakirə olunub.
106 yaşlı anasını polisə verdi
Əli Məsimli: “SSRİ zamanındakı keyfiyyət nişanlarına şükür edirsən...”
"Azərbaycanda məhsulların texniki göstərişlərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin iclasında “Texniki tənzimləmə” və “Standarlaşdırma” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib.Deputat bildirib ki, Azərbaycanda bəzən elə məhsullar istehsal olunur ki, Sovet dövründə lağ edilən keyfiyyət nişanlarına şükür edirsən: “Çünki, elə məhsullar var ki, onlar uşaqların səhhətinə böyük ziyan verir. Bu baxımdan emal sənayesi strukturu təkmilləşdirilməlidir. Azərbaycan prezidenti dəfələrlə bu məsələyə toxunur və göstərişlərini verir. Əgər Azərbaycan prezidentinin bu sahədə göstərişləri yerinə yetirilsə, o zaman böyük nailiyyətlər əldə etmək olar. Hətta emal sahəsi ilə bağlı xeyli dərəcə uğur qazanıb rəqabətdə udmaq da olar”.













.png)
