Sosial

Azərbaycanda bu qadının bütün ailəsi həbsdədir – VİDEO

14 Fevral 2018 16:49

“Atam həbsxanada rəhmətə getdi. Anam da ondan bir il sonra vəfat etdi. Bizi bacım böyütdü. Bacım özü də həbsdədir. Yetim olmuşuq. Övladımla birlikdə cəza çəkirik”.  Bu sözləri ARB TV-nin “Rezonans” verilişində oğurluğa görə 8 il 6 ay həbs cəzası almış Xalidə Bəkirova deyib. X. Bəkirova verilişdə bildirib ki, oğurluğa gedəndə yoldaşı da həbsdə olub:  “Maddi durumumuz pis idi. Qızım xəstə idi. Qohumumla bir evə girdik. Qızılları götürüb qaçdıq. Oğru yoldaşım tutulmuşdu və səkkiz ay sonra da məni tutdular. 17 minlik deyildi, sadəcə, ev sahibi özü elə yazmışdı. Qızılları aparıb satdıq. Uşağımı müalicə etdirdim. 

Balakəndə qanunsuz at kəsimi və at əti aşkarlanıb

14 Fevral 2018 16:29

Balakən rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən  verilən məlumata görə, xidmətin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı Balakən rayonunun Qabaqçöl qəsəbə sakini Nurullah Nurəddin oğlu Cirinqovun həyətinə baxış keçirilmişdir.

"Oksigen" klinikası ilə bağlı ittihamlar: Vergidən yayınma və dilimizə hörmətsizlik

14 Fevral 2018 16:23

"Oksigen” klinikasında vergidən yayınma və Azərbaycan dili ilə bağlı Konstutisiyanın tələblərinin pozulması halları var. Bu barədə klinikanın pasiyentləri məlumat verib. "Klinikada Ultra Səs Müayinəsi – USM (UZİ) müayinəsinin cavabları ancaq rus dilində təqdim olunur. Cavabları Azərbaycan dilində tələb edən olduqda isə "Bir gün gözləməlisiniz, tərcümə olunmalıdır” deyilir. Məgər bura Rusiyadır ki, klinikada pasiyentlərə cavablar rus dilində təqdim olunur?”- deyə pasiyent bildirir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Lənkəranda uğurla həyata keçirilir

14 Fevral 2018 16:13

Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanaraq həyata keçirld. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynadı.

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib

14 Fevral 2018 16:08

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib.  Seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. 

"Həzi Aslanov" stansiyasında eskalatorun əsasli təmiri başa çatıb

14 Fevral 2018 16:04

"Həzi Aslanov" stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb. Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avdanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.

Terrorçuluğa qarşı mübarizə gücləndirilir

14 Fevral 2018 15:56

Dünya ölkələrinin birgə səyi ilə terorçuluğa qarşı aparılan mübarizənin milli səviyədə də təmin edilməsi zərurəti artıq heç kimə sirr deyil. Elə bu səbədən də milli dövlətlər bu mübarizənin üsul və vasitələri barədə baş sındırmaqdadırlar. Azərbaycan da terrorçuluğa qarşı mübatizədə qanunvericilik bazasını təkmilləşdirir.

Ən təmiz sevgi həyat yoldaşına olan sevgidir

14 Fevral 2018 15:42

Müstəqillik illərindən sonra cəmiyyətimizdə, həyatımızda müsbət dəyişikliklər, məqamlar baş verməklə yanaşı, mənfi çalarlar, proseslər də müşahidə edilməyə başladı. Qərbin, Avropanın müsbətlə yanaşı mənfi halları, tərəfləri də zorla özümüzə sırıdıq, onları özümüzünküləşdirməyə başladıq. Belə mənfi hallardan biri də bu günlər əsasən gənclərin qeyd etdiyi 14 fevral tarixidir. Açıq şəkildə etiraf etmək lazımdır ki, əksəriyyət 14 fevral tarixində nə baş verdiyindən tamamilə xəbərsizdir. Kor-koranə şəkildə bu tarixi sevgililər günü kimi qeyd edir. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. Onun sözlərinə görə, beynəlxalq aləmdə məşhur olan günləri qeyd etmək adəti vardır ki, bizim də vətəndaşlarımız, mətbuat, kütləvi informasiya vasitələrimiz belə günləri ictimaiyyətə xatırladırlar: “Bu günlərdən biri də “Sevgililər günü”, “Sevgililər bayramı”, “Valentin günü” adlanır. Bu günün tarixi haqqında qısa açıqlama verməzdən əvvəl, bu günün islamla bağlı olmayan bir gün olduğunu qeyd etmək istəyirik. 

Ehtirası idman zalında söndürməzlər

14 Fevral 2018 15:41

Məmləkət  bu günlərdə Bakıdakı 132-134 nömrəli məktəbin iki şagirdinə “köklənib”. Məktəblilərin seksual hərəkətləri  “alovlu” gündəm yaradıb. Bir neçə gündü Təhsil Nazirliyi və həmin təhsil-kompleks məmləkət əhlinin söyüş yerinə çevrilib,  132-134 nömrəli təhsil kompleksin rəhbərliyi övladları orda  təhsil alan valideynlərin qəzəbinə gəlib. Bəs, nə olmuş, nə imiş şagirdlərin suçu? Təhsil Nazirliyi, məktəb  rəhbərliyi hansı günahın altına giriblər?

“Qanunsuz hərəkətlər bələdiyyələrin əli ilə həyata keçirilir”

14 Fevral 2018 15:37

Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə İş Mərkəzinin parlamentə təqdim etdiyi illik məruzəsi bələdiyyələrin fəaliyyəti ilə bağlı çoxsaylı sualların meydana gəlməsinə səbəb olub. Maraqlı məqam ondan ibarətdir ki, hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin ən çox yol verdikləri qanun pozuntuları ilə yanaşı, onların aradan qaldırılması yollarını da göstərib.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı effektli mübarizə

14 Fevral 2018 15:36

Son illər Azərbaycan beynəlxalq terrorizmə qarşı aprılan mübarizəyə də öz dəyərli töhfəsini verir. Əfqanıstanda NATO tərkibində qulluq edən sülhməramlılar içərisində Azərbaycan hərbiçiləri də yer alır. Artıq uzun illərdir ki, davam edən bu prosesə elə Hərbi Alyans tərəfindən də yüksək qiymətləndirilir.

“Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər”

14 Fevral 2018 15:34

Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yenu qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını müəyyən edir, əlilliyi doğuran səbəblərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin həvəsləndirilməsi, müdafiə və təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyir. Xatırladaq ki, parlamentin əmək və sosial siyasət komitəsində ilkin müzakirəsi zamanı fikir ayrılığı yarandığı üçün sözügedən sənəd geri qaytarılmışdı.

ONN İnformasiya Agentliyi fəaliyyətə başladı- VİDEO

14 Fevral 2018 15:27

Fevralın 14 – də Beynəlxalq Mətbuat Mərkəzində ONN İnformasiya Agentliyi media nümayəndələri üçün brifinq keçirdi. Olaylar.az bildirir ki, brifinqdə media nümayəndələri, redaktor və baş redaktorlar iştirak edib.

Nazir vətəndaşları qəbul edəcək

14 Fevral 2018 15:25

Fevralın 22- də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.