Sosial
Mətbuat Şurası qurultayı ilə bağlı məlumat yaydı
Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq işləri davam edir. Bu haqda Mətbuat Şurasından bildirilib. Bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinin tərkibini müəyyənləşdirmək məqsədilə irəli sürdükləri namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrinin adlarını təqdim edirlər.
Roza Əliqızından Türk Ordusuna Dəstək
Hərbi jurnalist "Əsgər Ailəsi" cəmiyyətinin sədri Roza Əliqızı yenidən Türk ordusuna gedərək Afrində terroristlərə qarşı mübarizə aparan Türk Silahlı Qüvvətlərinə dəstək vermişdir. Roza Əliqizi- Türkiye bölünmezdir sevmeyenlerin arzulari ürəyində qalacaqdir. Türkiyəyə hər vaxt yadelli işğalçılara mübarizədə zəfər çaldiği kimi bu dəfədə terroristlərə qarşı mübarizədə yenə qalib gələcək zəfər şalacaqdir , bizlər də hər vaxt Türkiyənin böyük qardaşlarimizin yanindayiq demişdir.
Akif Əlizadə mövzuları geri qaytarmalarının SƏBƏBİNİ açıqladı
Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışında deyib.
Artur Rasizadə Milli Məclisə hesabat verəcək
Hökumət mart ayında Milli Məclisə hesabat verəcək. Məlumata görə, Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək. Hesabatın martın 10-19 aralığında verilməsi gözlənilir. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcəklər.Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir. Qeyd edək ki, hazırda parlamentin 2 plenar iclası keçirilib. Milli Məclisin növbəti plenar iclası fevralın 23-də keçiriləcək.
Cümhuriyyətlə bağlı beynəlxalq konfrans keçiriləcək
Aprelin 25-dən 29-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.
Nərimanov rayonunun bir hissəsinə içməli su fasilə ilə veriləcək
Fevralın 15-də gün ərzində paytaxtın Nərimanov rayonunun Təbriz küçəsi boyu ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsidir.
Binəqədidə daha bir küçə əsaslı şəkildə təmir olundu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunub. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib. Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Azyaşlı həmyerlimiz Misirdə keçirilən yarışda qalib olub
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində uşaqlar arasında taekvando üzrə keçirilən Misir kubokunda 10 yaşlı soydaşımız Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ölkə üzrə keçirilən bu yarışda 3-cü yerə layiq görulən Sumeyra Xəlilova bürünc medal qazanıb. Soydaşımız buna qədər Qahirə şəhəri üzrə bir çox yarışlarda qalib gəlsə də bu, onun ən böyük uğuru idi.
Paytaxtətrafı məktəblərdə görüşlər keçirilib
BŞTİ rəhbərliyi tərəfindən keçirilən görüşlər Xəzər rayonunda davam edib. “OLAYLAR”-a daxil olan məlumata görə, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
Polisin axtardığı şəxs Xoşqədəmin verlişində gizlənirmiş - Polislər studiaya gəldi
Azərbaycanda 20 məhkəmə hakimi işdən çıxarılıb
Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalıb. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Litvada Qəbələnin təqdimatı keçirilib
Litvanın paytaxtı Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı keçirilib. “OLAYLAR” xəbər verir ki. tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Litvadakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçiriləcək
Təhsil Nazirliyi tərəfindən 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilir. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb
Fevralın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.






.jpg)






.jpg)
