Sosial

Soyuq havalarda saçlara necə qulluq olunmalıdır?

7 Aprel 2018 12:37

Yaz mövsümündə günəş, hovuz, dəniz və tez yuma kimi səbəblərlə saçımız zəifləyərkən qışda da, hava şərtlərinin dəyişməsi və saçları zəiflətmə səviyyədə olması, insanların ən əhəmiyyətli aksessuarı olan saçlarına mənfi təsir edir. Qış mövsümündə qarlı yağışlı və soyuq havalar saçların sağlamlığını itirməsinə səbəb olur və bu səbəblə qış aylarında saçlar daha çox baxıma ehtiyac duyar.

Azərbaycanda 3 mindən çox qadın piylənmədən əziyyət çəkir

7 Aprel 2018 12:35

Respublika üzrə piylənmə ilə əlaqədar 4953 nəfər dispanser qeydiyyatındadır. Bu barədə Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib.

Körpə uşağa neçə aydan sonra ət vermək olar?

7 Aprel 2018 11:16

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları - "smes") şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar. Mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir.

Dərinizi canlandırmaq üçün bu maskadan faydalanın!

7 Aprel 2018 11:12

Yazda dəri solğun və zəif olur, xüsusi baxım tələb edir. Saglamolun.az sizə bahalı krem və maskalardan heç də geri qalmayan maska reseptini təqdim edir. Bu maskanı tanınmış rus kosmetoloq Svetlana İonova saglamlıq verlişlərindən birində hazırlayıb. Maska çox sadədir.

Ağacan Abıyev Orduxanı rinqə çağırdı: "Gəl döyüşək"

7 Aprel 2018 10:51

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri, 80 yaşlı deputat Ağacan Abiyev Hollandiyada yaşayan və Azərbaycan əleyhinə kampaniya aparan videobloqer Orduxan Teymurxanla döyüşmək üçün onu rinqə çağırıb. 

İmişlidə iki otaqlı ev yanıb

7 Aprel 2018 09:20

İmişli rayonunda ev yanıb.  Məlumata əsasən, rayonun Otuziki kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. 

Xəzər dənizində zəlzələ

6 Aprel 2018 21:03

Əhməd Sami Elaydi tələbələrlə görüşdü

6 Aprel 2018 21:01

Aprelin 6- da Bakı İslam Universitetinin bir qrup tələbələri Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüşdə olmuşlar. Görüş zamanı Mərkəzin rəhbəri Əhməd Sami Elaydi tələbələrə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, apardığı işlərdən danışıb.

Dünya Turizm Təşkilatının baş katibi  Bakı Dövlət Universitetində 

6 Aprel 2018 20:48

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Bakı Dövlət Universitetində olub. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşü açan rektor, akademik Abel Məhərrəmov Dünya Turizm Təşkilatının fəaliyyəti barədə məlumat verib, qurumun gördüyü işlərdən bəhs edib. Baş katib Zurab Pololikaşvilinin prezident İlham Əliyevlə görüşünü xatırladan rektor ölkəmizin Dünya Turizm Təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdırıb və Bakı Dövlət Universiteti, tədris olunan ixtisaslar, o cümlədən turizm ixtisası haqqında danışıb.

Bilik Fondunun təcrübəçiləri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda 

6 Aprel 2018 20:41

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Slavyan və Bakı Dövlət Universitetlərinin tələbələri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olublar. Təcrübəçiləri Fondun Beynəlxalq layihəl

Kamal Abdulla jurnalistlərlə görüşüb

6 Aprel 2018 20:39

Aprelin 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ADU, Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə 9 aprel – 5 may tarixlərində baş tutacaq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransla bağlı jurnalistlərlə görüşüb.

Xanımlar, çox yaşamaq üçün mütləq bu tərəvəzləri yeyin!

6 Aprel 2018 19:50

Qadın və kişi orqanizminin quruluşu müxtəlifdir. Bu səbəbdən onların rasionuna olan yanaşma da müxtəlif olmalıdır. Bunu Avstraliya diyetoloqları sübut edir. Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, diyetoloqlar 1998-ci ildə 1000 qadın iştirakı ilə qlobal araşdırmaya başlayıblar. Bütün bu müddət ərzində mütəxəssislər qadınların rasionunun analizini edirdilər. Alimləri xüsusilə tərəvəzlərin istehlakı maraqlandırırdı.

Regionların sosial-iqtisadi inkişafında ənənəvi sahələrin inkişafı mühüm rol oynayır

6 Aprel 2018 19:48

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası bölgələrdə aqrar sahənin inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə də təkan verir. Paralel olaraq, kənd təsərrüfatının inkişafı və bölgələrin ixrac potensialının artması ilə müşayiət olunur. Ayrı-ayrı rayonlarda ənənəvi sahələrin inkişafı yeni iş yerlərinin yaradılması, Azərbaycanın dünya bazarına çıxış imkanlarnın genişlənməsinə səbəb olur.

Qaradağda “Abad məhəllə” layihəsinin icrası uğurla davam etdirilir

6 Aprel 2018 19:47

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Çoxmərtəbəli yaşayış evlərinin fasad və dam örtükləri yenilənir, mərkəzi küçələr, məhəllədaxili yollar əsaslı şəkildə yenidən qurulur, işıqlandırma sistemi müasirləşdirilir, park və meydançalarda müasir tələblər səviyyəsində təmir işləri aparılır, yeni abad məhəllələr salınır.