Sosial
Sağlamlıq iksiri - SARIMSAQ YAĞI - Evdə özünüz hazırlayın!
Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər. Saglamolun.az xəbər verir ki, bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qripp xəstəliklərinin güclü profilaktik vasitəsidir.
Günvurma zamanı bunları etmək lazımdır?
Son günlər paytaxt Bakıda küləkli hava şəraiti müşahidə olunsa da, bölgələrdə, xüsusilə Aran zonasında ciddi istilər müşahidə olunur və bu da günvurmalara səbəb olur. Həkim-terapevt Mərziyyə Məmmədova bildirib ki, günvurma əksər hallarda başıaçıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir.
Sürücülərə şad xəbər - Bu qadağa ləğv edildi
“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalın ilə əlaqədar şəhərin bir sıra küçə və prospektlərində yolun hərəkət hissəsinə çəkilmiş sarı xətt qadağası ləğv edilib.
Tanınmış ilahiyyatçıya ağır itki
Cəlilabad rayonunda baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub. Cəlilabad şəhərində yerləşən və "İran bazarı" adı ilə tanınan ticarət mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edən 21 yaşlı Murtəza Məmmədov rayonun tanınmış ilahiyyatçılarından olan Həsən Məmmədovun oğludur.
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb
Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik əməkdaşlarının maaşı ilə bağlı QƏRAR
Baş Nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə bir sıra qərarlar imzalayıb.
Sabah Bakıda külək əsəcək, rayonlara yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Olaylar.az- a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Göz xərçəngi - əlamətləri, profilaktikası
Orqanizmimizin dünyaya açılan pəncərəsi olan gözlərimiz bir çox xəstəliyin xəbərçisidir. Günümüzün xəstəliyi olan xərçəng bu xəstəliklərin başında dayanır. Ümumi göz və göz dibinin müayinəsində xərçəng riski olub olmadığını asanlıqla aşkarlamaq mümkündür. Qəlbimizin aynasının sağlamlığı qorumaq isə olduqca vacibdir. Göz xərçəngi göz və göz çuxurunda əmələ gələn müxtəlif növ xərçənglərin ümumi adıdır. Xərçəng gözün üstündə, göz çuxurunda, göz almasında, göz yaşı axarında, konyuktivada əmələ gələ bilir. Xəstəlik ən çox 50-75 yaşlarında olan adamlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsində rolu olanı faktorlar:
1000 dərdə dərman – Apteklərdə 1-2 manata satılan XLOROFİLLİPT
Bəzi köhnə və ucuz dərmanlar var ki, onlar bir çox bahalı müasir preparatlardan heç də geri qalmır. Belə preparatlardan biri xlorofilliptdir. Apteklərdə 1-2 manata satılan bu təbii antibiotikin tərkibində bitkilərin piqmenti olan xlorofill və evkalipt yarpaqlarının ekstraktı daxildir.
Azərbaycanda bu məhsulların aksiz vergisi 1 manata endirildi
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.
Niyə onu əvvəlki kimi sevmirəm? - SƏBƏBLƏRİ
Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz. Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü? "Onsuz da mənimdir" düşüncəsi
Uşaqlara banka qoymaq olar? – PEDİATRDAN VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
Xalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır. Mübaliğəsiz demək olar ki, qədimdən bəri əksər xəstəliklərdə müalicə vasitəsi kimi banka və xardaldan istifadə olunur, əsasən də soyuqdəymə zamanı. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri ABŞ səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Li Litzenberqerlə görüşüb.
Eynəkli uşaqlar niyə çoxalır?
Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük.
Zehni açan 4 ədviyyat
Zəfəran: zəfəran bitkisi istehlak edildikdə depressiyayla mübarizə aparıb, eyni zamanda öyrənmə və yaddaş qabiliyyətlərini də inkişaf etdirir. "Journal of Ethnopharmacology" jurnalında dərc olunan bir araşdırmaya görə zəfəran kiçik və orta dərəcəli depressiyanı müalicə etməkdə uğurlu nəticələr verir.














